Saturn missiyasında sona yaxınlaşan Cassini, yeni orbitindən ilk fotoşəkillərini göndərib
NASA-nın Saturn araşdırma peyki Cassini, 20 illik missiyasının son mərhələsində, planetin ekvator halqasına toxunan yeni marşrutundan ilk fotoşəkillərini Dünyaya göndərib.
NASA-dan edilən açıqlamada peykin, Saturnun şimal yarım kürəsinin yüksək seqmentlərindən çəkdiyi ilk atmosfer fotoşəkillərini göndərdiyi, fotoşəkillər arasında planetin məşhur ekvator halqasının və şimal qütbündəki altıbucaqlı şəkilli hava axınının yaxın görünüşlərinin də olduğu ifadə edilib.
NASA Cassini spacecraft snaps ‘intriguing’ Saturn jet stream https://t.co/QLKN85poLI pic.twitter.com/u5hjFTFMwY
— RT (@RT_com) December 7, 2016
NASA-nın nəşr etdiyi fotoşəkillərdə, şimal qütbü və ekvator halqasının dörd fərqli görünüşləri yer alıb. Hər biri fərqli işıq dalğa boylarına həssas olan filtrlar ilə çəkilən fotoşəkillər, sis və bulud çoxluqlarını dəyişik formalarda göstərib.
Günəşə ən yaxın 6-cı planet olan Saturna ilk dəfə 1997-ci ildə atılan Cassini, 7 ildə tamamladığı səfərinin ardından planeti və peyklərini göstərir. Bu günə qədər gündönümü istiqamətindəki rotalarda planeti dəfələrlə qət edən peyk, çox sayda kəşfi reallaşdırıb.
Her bir kenarı Dünya çapından daha uzun olan ve Satürn'ün kuzey kutbunda yer alan ilginç altıgen yapının harika görüntüleri. #cassini pic.twitter.com/rbNyrTVfdT
— Dr. Selçuk Topal (@astronomTurk) December 8, 2016
Peyk, 30 Noyabrda başladığı Saturn missiyasının son mərhələsində, ekvator halqasına qərbdən toxunub keçən şimal şərq – cənub qərb istiqamətli orbit üzərində hər biri bir həftə davam edəcək 20 tur reallaşdıracaq. 26 Aprelə qədər davam edəcək toxunan keçişlərin ardından, “Böyük Final” olaraq adlandırılan yekun mərhələdə, peykin planet səthi ilə ekvator halqasının ən içdəki qisimi arasındakı 2 min 400 kilometrlik boşluğa 22 dalış edəcəkdir.
Saturn’s intriguing hexagon-shaped jet stream, and more new views from our latest mission phase https://t.co/bwartuUE0T pic.twitter.com/w85kH1D90Y
— CassiniSaturn (@CassiniSaturn) December 7, 2016
15 Sentyabr 2017-də son dalışını reallaşdıracaq olan kosmos vasitəsi, Saturn atmosferində itənə qədər, planetlə əlaqədar son məlumatlarını göndərərək 20 illik missiyasını sonlandıracaq.