Kosmos

NASA olduqca qiymətli asteroidin kəşfinə hazırlaşır

NASA Psyche layihesi
794views

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA), katrilyonlarla dollar dəyərində olan bir asteroidə 2023-ci ildə baş çəkməyə hazırlaşır.

Asteroidin təxminən 10 min katrilyon dollar dəyərində ola biləcəyi düşünülür və bu rəqəm dünya iqtisadiyyatının sahib olduğu dəyərin 137 min qatı deməkdir.

Köhnə bir planetin nüvəsi olduğu düşünülən Psyche adlı asteroidin, qiymətli metalların yanması nəticəsində meydana gəldiyi təxmin edilir. Mars və Yupiter arasındakı geniş asteroid qurşağında yer alan Psyche’in Günəş Sistemində bənzərsiz olduğu düşünülür. Psyche’in 90 %-in dəmir – nikel qarışığı, qalan 10 %-in isə silisium olduğu təxmin edilir.

yaaz.az Psyche NASA

Psyche layihəsi rəhbəri Arizona Universiteti Kosmos Araşdırmaları İnstitutundan Lindy Elkins Tanto, Kanada mətbuatına verdiyi müsahibədə,”Asteroidin bir hissəsini qopardıb Dünyaya gətirsək belə, nə edə bilərik ki? Bu böyük sərvət tək bir zümrənin əlində olmayacaq təbii ki” deyə bidlirib.

Asteroidin bir hissəsini dünyaya daşıyıb gətirə biləcək texnologiya isə hələki kəşf olunmayıb.

Bu səbəbdən NASA-nın Psyche ilə bağlı məqsədi hələlik yalnız araşdırmadır. Belə ki, Günəş Sisteminin ən qeyri-adi asteroidi araşdırılıaraq, planetlərin həyat dövrü ilə bağlı daha çox məlumat toplanmağa çalışılacaq.