Psixoloji məlumatlarSağlamlıq

Narkotiklər: marixuana, heroin, kokain, lsd və onların təsiri

2.23Kviews

Narkotiklər qədim, hətta çox qədim tarixə malikdir, min illər uyuşdurucu, ağrıkəsici dərmanlar kimi işlənmişdir. İnsana təsir qüvvəsinə görə, ağır və yüngül növlərə bölünür. İstifadəçilər əvvəl yüngül narkotiklərdən istifadə edir, yavaş-yavaş ağır narkotiklərə keçir və aludəçiyə çevrilirlər. Birincilər narkotiklərdən yeri gələndə istifadə edənlər, ikincilər isə gündəlik vərdiş edənlərdir. Məhz ikincilər narkoman adlanır və onlar haqqında deyilir ki, keçmiş norkaman olmur. Bundan başqa, narkotiklərin cinsi aktivliyi aşağı salması və sonsuzluq yaratması da sübut olunmuşdur.


Xalq arasında həşiş, anaşa kimi tanınan, ədəbi dildə isə marixuana adlanan narkotik yüngül hesab edilir. Bəzi qərb ölkələrində bu narkotikin istifadəsinə rəsmi icazə də verilir. Marixuana çətənə bitkisinin yarpaqlarından və qətranından hazırlanır. Tünd qonur, qəhvəyi rəngli plastik maddədir, ürək döyüntülərinin, nəfəs almanın sayını artırır, göz damarlarını şişdirir. Buna görə də, aludəçilərin gözləri şişmiş və qızarmış olur.

Bütün narkotiklər kimi, marixuana da insanlara müxtəlif cür təsir edir, eyni dozadan biri hönkürüb ağlayır, o biri gülməkdən qəşş edir, üçüncüsü qorxusundan qaçıb gizlənir, dördüncüsü isə ətrafdakılara hücum edir.

add1

Marixuananın tərkibində çoxlu zəhərli və zərərli maddələr var, onun qətranı xüsusilə toksiki (zəhərli) hesab olunur. Mütəxəssislərin fikrincə, marixuana tütündən 8 dəfə artıq toksikidir. Marixuana ağır narkotik sayılmasa da, ağır narkotiklərə körpü sayılır, yəni heroin, kokain istifadəçisi, bir qayda olaraq, həşişdən başlayır.


Heroin opiatlar qrupuna daxil olan ağır narkotikdir. Opium xaş-xaşından hazırlanır. Hazır halda ağ, boz, qəhvəyi, sarı və çəhrayı rənglərdə tozdur. Görünüşdə və təmasda yuyucu tozu xatırladır. Elə buna görə də narkodilerlər heroini yuyucu tozla, bəzən qənd tozu, hətta unla qarışdırırlar. Heroin müvəqqəti eyforiya (dünyanı vecinə almamaq) effekti yaradır, qorxu və həyəcan yox olur. Ürək döyüntülərinin, nəfəsalmaların sayı azalır, beyində tormozlanma yaranır.

add9

Heroin mayeylə qarışdırılıb («bişirmə» deyirlər) şprislə birbaşa venaya vurulduğundan, aludəçilərdə qolun və qıçın büküklərində, iynənin yerlərində irinləmə müşahidə olunur.

add3

Venaya vurulan bütün narkotiklər kimi heroin də qanın zəhərlənməsinə, istifadəçinin hepatit, serroz, sepsis (hətta sifilis) kimi xəstəliklərlə yoluxmasına şərait yaradır. Heroin nəfəs sisteminə ağır təsir edir, vərəmi qaçılmaz edir.

Ümumiyyətlə, mütəmadi heroin qəbul edənlərin – aludəçilərin ömrü 10 ilə qədər davam edir.

İlk dozanı qəbul etmə, istifadəçidən aludəçiyə çevrilmə prosesi 6 aydan bir ilə kimi çəkir. Qalan 8-10 ili isə narkoman artıq bitki kimi – iynədən iynəyə «yaşayır».


Kokain koka (Erythroxlon koka) bitkisinin yarpaqlarından hazırlanan yarım sintetik ağır narkotik maddədir. Hazır halda ağ, boz, sarı, çəhrayı çalarlı tozdur. Kokain də eyforiya (dünyanı vecinə almamaq) hissini artırır, əvvəlcə adamın əhval-ruhiyyəsi də yaxşılaşır. Problemlər isə sonra başlayır. Aludəçilərdə ilk növbədə aritmiya (ürəyin «fasilə» ilə vurması) başlayır, bəzən ürək qəflətən dayanır. Ürək möhkəm olduqda isə «kokain psixozu» (psixikanın pozulması) yaranır.

add2

«Kokain psixoz»u təhlükə hissi, qorxu, qarabasmalarla – dəhşətli görüntülər və əcaib səslərlə xarakterikdir. Bütün bunlar dəhşətli, qeyri-adi qaşınma ilə müşayət olunur, insana elə gəlir ki, dərisinin altında dəstə ilə qarışqa gəzir.

Bu dəhşətli hallar təbii ki, narkoman növbəti kokain dozasını qəbul etdikdə müvəqqəti keçir. Xəstə müalicə olunmadıqda, kokain asılılığının daha ağır – epilepsiya dövrü başlayır. Vaxtı gələndə, xəstə doza qəbul etməyəndə, qıcolmalarla müşayət olunan epilepsiyalar başlayır.

add11

Qeyd etmək lazımdır ki, kakoin öz narkogenliyinə – insanı asılı vəziyyətə gətirməsinə, görə heroindən güclü narkotikdir. Xəstələr 5-7 il  bitki kimi, iynədən iynəyə yaşayır. Bəzən bu «bitki ömrü» də beyinə qan sızması, yaxud da ürəyin qəflətən dayanması nəticəsində qırılır.


LSD sintetik tərkibli ağır narkotikdir, çox təsirli və toksiki (zəhərli) hallyusinogen (hallyusinasiya, qarabasma yaradan) hesab olunur. LSD əsasən bəzəkli marka, rəngli lakmus kağızı şəklində buraxılır.

add6

Narkotik əvvəl güclü eyforiya hissi yaradır, sonra bu, eyni dərəcədə güclü qorxu hissi ilə əvəz olunur. Narkomana elə gəlir ki, ətrafdakılar birdən-birə aqressivləşir və hamı ona hücum edir. Sonra yenidən eyforiya yaranır, xəstənin vəziyyəti yaxşılaşır, o, hamı ilə danışıb gülməyə çalışır. Emosional vəziyyətlərin bu cür dəyişməsi – yüksəliş və depressiyalar bir neçə dəfə təkrar oluna bilər. Bu hallar qorxulu qarabasmalarla – dəhşətli görüntülər və əcaib səslərlə müşayət olunur.

add7

Qeyd etmək lazımdır ki, LSD-nin təsirini proqnozlaşdırmaq qətiyyən mümkün deyil. Eyni dozadan bir adamın əhval-ruhiyyəsi yaxşılaşa, o biri ən ağır depressiyaya məruz qala bilər. Bu zaman narkoman çox təhlükəli olur, ətrafdakılara və özünə hər cür xəsarət yetirə bilər.

LSD aludəçiləri narkotikin qəbulunu dayandırmaq istəsələr də, qarabasmalar uzun müddət davam edir. Buna görə də, bu narkotikdən müalicə olunmaq daha çətindir.

Anadangəlmə qüsurlu uşaqların doğulması və psixi pozuntuların yayılması sahəsində də LSD aludəçiləri birinci yerdədirlər. Yeri gəlmişkən, LSD aludəçiləri heroin və kakoin xəstələrindən daha çoxdur, amma ruhi xəstəxanalarda yaşayırlar.