Futbol

Millimiz 1\8 finala yüksəldi!

462views

Futzal üzrə milli komandamız Kolumbiyada keçirilən dünya çempionatında qrupda son oyununu keçirib.

F qrupunda mübarizə aparan yığmamız son görüşündə İranla qarşılaşıb. Asiya çempionu ilə matç futzalçılarımız üçün həlledici önəm daşıyırdı.

Görüş millimiz üçün qələbəyə bərabər heç-heçə ilə yekunlaşıb – 3:3. Komandamızın heyətində Qallo dubl edib. Digər qolu Bolinha vurub.

Xallarının sayını 4-ə çatdıran Azərbaycan milli komandası İspaniyanın ardından qrupda ikinci yeri tutmaqla 1/8 finala vəsiqə qazanıb. Millimizin növbəti rəqibi Tailand seçməsi olacaq.

Elnur Cəfərov
idman xəbərləri yazarı