Gündəm

Michelle Obama haqqında “Dikdaban ayaqqabı geyinən meymun”

671views

ABŞ’da dövlət idarə rəhbərlərindən birinin First Lady Michelle Obama haqqındakı irqçi sözləri ciddi etirazlara səbəb olub.

West Virginia ştatının Clay County qəsəbəsində idarələrdən birində rəhbər olaraq çalışan Pamela Ramsey Taylor, Michelle Obama haqqında, “Ağ Evdə gözəl və əsl bir First Lady görmək yenilik olacaq. Dikdaban ayaqqabı geyinən meymun izləməkdən bezdim” deyə şəxsi facebook səhifəsində bir yazı yazıb.

Ardından isə, qəsəbənin Bələdiyyə Sədri Beverly Whaling yazı ilə bağlı, “Bax belə, indi kefimi açdın Pam” şərhini yazıb.

Whaling’in sədr olduğu qəsəbədə hər biri ağ dərili olan 491 nəfər yaşayır.

Facebook’da tez bir zamanda yayılan bu yazışmadan sonra, iki qadının da vəzifəsindən uzaqlaşdırılması ilə bağlı sosial mediada kompaniya başladılıb. Və 85 min imza toplanıb.

Amerikan Washington Post ve New York Daily News qəzetləri, Taylor’un vəzifəsindən uzaqlaşdırıldığını bildirib.

Taylor isə yerli bir xəbər qəzetinə verdiyi müsahibədə, “Yazdıqlarım irqçilik olaraq görsənə bilər amma elə bir niyyətim olmayıb, bunu belə qələmə verənləri məhkəməyə verəcəm” deyə söyləyib.

Clay County Bələdiyyə Sədri Beverly Whaling isə, Washington Post’a verdiyi müsahibədə, “Şərhimin irqçilik ilə əlaqəsi yoxdur” deyərək üzr istəyib.