
743views
Mercedes-Maybach ailəsinin ən yeni üzvü S 650 Cabrio bütün detallarıyla təqdim olunub.
Almaniyanın avtomobil şirkəti Mersedesin lüks markası “Maybach” üstü açıq modelini ilk dəfə tanıdıb.
ABŞ-ın Los Angeles şəhərində təşkil ediləcək olan Avtomobil Sərgisində nümayiş olunacaq Maybach S 650 2017-ci ilin ilk aylarında bazara təqdim ediləcək.
300 min avro qiymətlə satışa təqdim ediləcək Maybach S 650 məhdud sayda istehsal ediləcək.
Doqquz fərqli rəngdə çıxarılması planlaşdırılan avtomobildən yalnız 300 ədəd satışa çıxarılacaq.
Mercedes-Maybach S600 Cabrio’da 6,0 lt’lik V12 mühərrik, avtomobildə öz vəzifəsini yerinə yetirəcək.
625 at gücünə sahib olan avtomobil 100 kilometr sürəti 4.1 saniyəyə yığa biləcək.
add a comment