Avtomobil

Mercedes-Benz, 1 milyon avtomobilini geri çağırır

Mercedes Benz
909views

Alman avtomobil nəhəngi Mercedes-Benz, yeni model maşınlarında yaranan problem səbəbi ilə çox böyük bir geri çağırışa hazırlaşır.

İndiyədək 51 ədəd yanğın hadisəsi baş verdiyi ifadə edilərkən, bu hadisələrin heç birində xəsarət alan və ya ölən olmadığı bildirilib.

Eyni problemin olması və geri çağırma planı daxilində, bütün dünyada ümumilikdə 1 milyon ədəd avtomobilin olduğu bildirilir. Problemli maşınların 307.629 ədədinin Amerika Birləşmiş Ştatlarında olduğu açıqlanır.
Qeyd olunan maşınların, ilk qoşmada işləmədiyi və təkrar-təkrar qoşmaya basılaraq aparılan istismar sınaqları nəticəsində, qoşma mühərrikindəki bəzi parçaların həddindən artıq qızdığı, bu üzdən də yanğın yaranma riskinin artdığı bildirilir.
Bildirilir ki, mart ayının sonuna qədər markanın nümayəndəlikləri problem barədə məlumatlandırılacaq və lazımi yenidənqurma prosesinin zəmanət çərçivəsində keçiriləcək. Eyni zamanda, istehsalatda olan maşınlar üçün lazımi düzəlişlərin zavodlarda, satılmaq üçün fabrikdən çıxmış maşınlar isə kontorlarda düzəldiləcək.

Mercedes Benz

Problemli maşınların 1 fevral 2014 ilə 1 fevral 2017 arasında istehsal edildiyi bildirilir.
Məhz Mercedes-Benzin geri çağırmağa planlaşdırdığı 1 milyon maşın içində olan bütün model avtomobilləri:
C 300
C300 4MATIC
C 300
C300 4MATIC
C300 4MATIC Coupe
C300 4MATIC Cabrio
C300 Coupe
C350e
C450 4MATIC AMG Sport
CLA 250
CLA 250 4MATIC
CLA 45 AMG
E 300
E 300 4MATIC
E 300 4MATIC Wagon
E 43 AMG 4MATIC
GLA 250
GLA 250 4MATIC
GLC 300
GLC 300 4MATIC
GLC 300 4MATIC Coupe