Gündəm

Meksika’da yoxa çıxan 43 şagird ilə bağlı yeni iddialar

529views

Meksika’nın Guerrero əyalətində 43 şagirdin yoxa çıxması ilə bağlı iki ildir davam edən araşdırma daha da genişlənməyə başlayıb

Xüsusi vəkil Alfredo Higuera açıqlamasında, ciddi boşluqların olduğunu söyləyərək: “Kimin günahkar olduğu mövzusunda hər hansısa məhdudiyyət qoyulmayıb. Bunlar arasında ordu nümayəndələri ,federal polis, şəhər polisi və yerli idarəetmə də var ” şəklində fikrini bidlirib.

Qeyd edək ki, ölkənin cənubunda yerləşən İguala bölgəsində 26 sentyabr 2014-cü ildə müəllimlərin işləmə siteminə qarşı keçirilən mitinqlərdə şagirdlər ilə polis arasında münaqişə yaşanmışdı. Polisin şagirdlərin içərisində olduğu maşınlara atəş açması nəticəsində 6 nəfər həyatını itirmişdi. Atışmanın ardından isə 43 şagirdin məcburən bir neçə maşınlara mindirildiyi görünmüşdü.

Həmən 43 şagirdin daha sonra yoxa çıxmasını dolğun aydınlaşdıra bilməyən hökumət, şagirdləri narkotik karteli’nə (Meksikada dövlət ilə də əlaqələrinin olduğu narkotik qaçaqmalçıları qruplaşması) təslim etdiklərini, kartelin üzvlərinin də şagirdləri öldürüb, Cocula’dakı zibillik bölgəsində yandırdıqlarını açıqlamışdı.

Amerika İnsan Haqqları Komitəsi’nin əmədaşları isə hadisə ilə bağlı hazırladıqları yekun qərarda, hökumətin açıqladığı qərarın yalan ola biləcəyini bildirdi. Mütəxəsislər sözü gedən zibillik bölgəsində heç bir bioloji izə rastlamadıqlarını söyləyiblər.