Gündəm

Nəhəng kütlənin qarşısında tək başına duran 12 yaşındakı uşaq

630views

Meksikada minlərlə adam homoseksual evlilikləri qanuniləşdirəcək dəyişiklik təklifinə qarşı etiraz üçün küçəyə çıxıb.

Ötən şənbə günü Meksikanın Celaya şəhərində keçirilən anti-LGBT mitinqində, numayişçilərə qarşı tək başına dayanan 12 yaşındakı uşağın görüntüsü olduqca marağa səbəb olub. Mitinqə qatılan 11.000 nümayişçinin qarşısında duran uşağın fotoşəkili ictimai mediada sürətlə yayılıb.

Meksika prezidenti Pena Nieto’nun homoseksual fərdlərin evliliyinin qanuni olmasını planladığını şərhi üzərinə, ölkə daxilində etirazlar davam edir.

epa-homophobia-mexico-anti-homophobia

Homoseksual evlilik, paytaxt Mexico City və Meksikanın 31 əyalətindən 9-unda qanuniləşdirilmiş vəziyyətdədir.

Ailə üçün Milli Cəbhə (Frente Nacional por la Familia) və bənzəri qruplar tərəfindən təşkil edilən bunun kimi etirazlara baxmayaraq prezident Nieto, homoseksual evlilik hüquqlarını qanuniləşdirmək mövzusunu dəstəkləməyə davam edir.

boy-mexico-1473685842

Fotoşəkili çəkən jurnalist Manuel Rodriguez, daha sonra uşaqdan müsahibə alaraq, bu cəsur hərəkət barədə fikirlərini öyrənib.

 “Mənim homoseksual bir əmim var və insanların ondan nifrət etməsini sevmirəm” deyib.

Sözü gedən foto insanlar tərəfindən, Tiannanmen Meydanında 1989-ci ildə tankların qarşısında tək başına dayanan şagirdin fotoşəkilinə bənzədilir.

50176530