NBA

Mehmet Okur “Suns”da işləyəcək

1.01Kviews

NBA karyerasında Türk basketbolunu təmsil edərək bir çox ilklərə imza atan Mehmet Okur, gələn sezondan etibarən Qərb Konfransında çıxış edən “Phoenix Suns” klubunda yer alacaq.

“Phoenix Suns” klubundan verilən açıqlamaya görə Mehmet Okur yeni sezondan bu klubda oyunçu inkişafı məşqçisi olaraq yer alacaq.

2001-ci ildən 10 il ərzində NBA-da çıxış edən Okur çempionluq sevinci və “All-Star” təcrübəsi qazanaraq Türkiyəni layiqincə təmsil edib.

Elnur Cəfərov
idman xəbərləri yazarı