Futbol

Markovic Liverpoolu Newcastle ilə əvəz edə bilər

818views

Liverpoolun serbiyalı yarımmüdafiəçisi Lazar Markovic karyerasını Newcastleda davam etdirə bilər. Futbolçu özü də karyerasını İngiltərədə davam etdirmək istədiyini bildirib. Həmçinin 22 yaşlı serb ilə Milan, Sporting Lissabon və Schalke klubları da maraqlanır.

Qeyd edək ki, Markovic keçən sezonu icarə əsasında Fenerbahçe klubunda keçirmiş, İstanbul klubunda meydana çıxdığı 21 rəsmi qarşılaşmada 2 qol, 3 məhsuldar ötürmə etmişdir.

Elnur Cəfərov
idman xəbərləri yazarı