Formula 1

Malayziyada gözlənilməz qalib

966views

Formula-1 dünya çempionatının 16-cı mərhələsi Malayziya Gran Prisini qazanan Red-Bull Tag Heuer komandasının Avstraliyalı pilotu Daniel Ricciardo, sezonda ilk qalibiyyətini əldə etdi.

Bununla da Red-Bull komandası 2013-cü ildən bu yana ilk dəfə ilk 2 yeri qazandı. Ricciardonun bu qələbəsi sezonda 1-ci, karyerasında isə 4-cü olur. 2-ci yerdə onun komanda yoldaşı Verstappen qərarlaşdı. Liderdən 25.5 saniyə geri qalan Rosberg 3-cü oldu.

Sezonun 17-ci yarışı olan Yaponiya Gran Prisi 9 Oktyabrda baş tutacaq.

Pilotların və komandaların hazırki xal vəziyyəti belədir:

Pilotlar:
1. Nico Rosberg (Almaniya): 288 xal
2. Lewis Hamilton (Böyük Britaniya): 265
3. Daniel Ricciardo (Avstraliya): 204
4. Kimi Raikkonen (Finlandiya): 160
5. Sebastian Vettel (Almaniya): 153

Komandalar:
1. Mercedes: 553
2. Red Bull: 359
3. Ferrari: 313
4. Force India: 124
5. Williams: 121

Elnur Cəfərov
idman xəbərləri yazarı