Formula 1

Formula 1’də növbəti dayanacaq Malayziya

924views

Bazar günü baş tutacaq yarış Mercedes pilotlarının daha bir duelinə səhnə olacaq.

Formula 1-də həyəcan sezonun 16-cı yarışı olan Malayziya Gran Prisi ilə davam edəcək. 5543 metrlik Sepang Pistində 56 dövrəli olacaq yarışın sıralama turu sabah, yarış isə bazar günü baş tutacaq. 2 həftə öncə Sinqapurda qalib olan və liderliyə yüksələn Rosbergin bu dəfə də komanda yoldaşı Hamilton ilə mübarizəsi maraqla gözlənilir.

Pilotların və komandaların xal vəziyyətini təqdim edirik.

Pilotlar

1. Nico Rosberg (Almaniya): 273 xal

2. Lewis Hamilton (Böyük Britaniya): 265

3. Daniel Ricciardo (Avstraliya): 179

4. Sebastian Vettel (Almaniya): 153

5. Kimi Raikkonen (Finlandiya): 148

Komandalar

1. Mercedes: 538

2. Red Bull: 316

3. Ferrari: 301

4. Force India: 112

5. Williams: 111

Elnur Cəfərov
idman xəbərləri yazarı