La Liga’nın 14’cü həftəsində evində oynadığı matçda Real Madrid ilə 1-1 bərabərə qalan Barcelona’nın baş məşqçisi Luis Enrique, ikinci hissədə daha üstün oynadıqlarını söyləyib.
Qarşılaşmanın ardından mətbuat konfransında sualları cavablandıran Luis Enrique, Real Madrid’in sərbəst vuruşdan əldə etdiyi qoldan əvvəl qaydanı pozan Arda Turan ilə bağlı suallara, “Tek bir futbolçu üzərində dayanmağı düzgün hesab etmirəm. Burada birlikdə qazanıb, birlikdə də itiririk amma futbolçulara verdiyim tapşırıq çox sadə idi. Qaydanı pozmayın, xüsusilə də Madridli bir futbolçu kürəyini qapıya çevirdiyi bir vaxtda” deyə cavab verib.
İspaniyalı baş məşqçi, lider Real Madrid ilə aralarındakı 6 xallıq fərqi endirmək üçün mübarizə aparacaqlarını vurğulayaraq, “Qarşıda hələ çox oyunlar var. Xüsusilə öz evimizdə oynadığımız matçlarda daha çox xal əldə etməliyik. Qarşıda olan bütün matçlarımızı qazanıb, rəqibin üzərinə doğru getməliyik” deyə bildirib.
Komandası 1-0 öndəykən Neymar və Lionel Messi’nin əhəmiyyətli qol vəziyyətlərini dəyərləndirə bilmədiklərini ancaq futbolda belə halların çox olduğunu söyləyən 46 yaşındakı Luis Enrique, “İlk hissədə bərabər mübarizə gedərkən, ikinci hissədə biz daha üstün oynadıq. Topa daha çox sahib olduq, fürsətlər qazandıq. Hal-hazırda istədiyimiz yerdə deyilik və çətin mövqedəyik ancaq hələ gec deyil 14’cü həftədəyik” deyə sözlərini tamamladı.