London Moda heftesi 2017
1.12K
Londonda moda həftəsi start götürüb.
Eksperimental və ekspressiv britaniyalı dizaynerlərə uyğun olaraq, nümayişlərin qonaqları ən orijinal geyimləri seçirlər.
London Nyu-Yorkdan tamamilə fərqlidir. Nyu-Yorkda moda həvəskarları geyimdə rahatlıq və funksionallığı dəyərləndirən işgüzar xanımlardır. Buna görə də Amerika modası kommersiya xarakteri daşıyır. Londonda isə hər şey tamamilə fərqlidir. Burada eksperimentləri sevirlər və gülməli, orijinal və ya qəribə görünməyi sevirlər.
Moda həftəsinin ilk günlərində London küçələrində xəzlər və idman ayaqqabıları ilə ziyafət geyimlərini, korsetlərlə virtuoz şəkildə uyğunlaşdırılan denim dəstlərini, klassik palto ilə pijamaları geyinən qızları müşahidə edə bilərik.
add a comment