Avtomobil

Lexus LS 2018 təqdim edildi | Qalereya

887views

Yapon premium avtomobil markası Lexus, beşinci nəsil LS modelini Detroyt Avtomobil Sərgisində təqdim edib.

İlk nəsil Lexus LS-də, 28 il əvvəl – 1989-cı ildə keçirilmiş Detroyt Avtomobil Sərgisində tanıdılmışdı. Tamamilə yenilənən LS, yeni bir dizayna qovuşarkən, yüksək səviyyəli lüks havasını bu dəfə coupe silueti ilə birlikdə təqdim edir.
Yeni Lexus LS, 90 fərqli ölkədə satışa təqdim olunacaq. Yeni LS, eyni zamanda 6 yan şüşəyə malik ilk sedan Lexus modeli olma xüsusiyyətini daşıyır. Modelin digər bir yeniliyi isə, istifadə edilən alüminium materiallar sayəsində çəkisinin 90 kq daha azaldılması olub.
3,5 lt-lik cüt turbo bəsləməli V6 benzin mühərriki 415 HP güc və 600 Nm maksimum qüvvə momenti yaradır. Arxadan itələməli yeni LS, bu mühərrik sayəsində 0-100 km/s sürətlənməsini 4,5 saniyədə tamamlayır.
Daxili məkana keçdikdə; 28 istiqamətli, isitmə-soyutma və masaj funksiyalarına malik elektrik sürücü kreslonun yanında, funskional olaraq təqdim olunan arxa sərnişinlər üçün lüks paketi diqqət çəkir. Bu paketin ən çox gözə çarpan xüsusiyyəti isə, ön sərnişin kreslosunun lazım olanda 24 dərəcə yüksəldilməsi və 48 dərəcə aşağı salınmasıdır.
Yeni LS, 2017-ci ilin sonlarına doğru Amerikada satışa çıxarılması gözlənilir.