
Dünyanın əfsanəvi musiqiçisi, yazıçı və şair Leonard Cohen, 82 yaşında həyatını itirib.
Kanadalı musiqiçinin ölümü barədə ilk olaraq şəxsi Facebook səhifəsində məlumat verilib. Ölümün səbəbi isə hələlik açıqlanmayıb.
Kanadanın Quebec bölgəsinin Montreal şəhərində, 1934-cü ildə Polşa-Litva əsilli, orta təbəqəli bir Yəhudi ailəsinin övladı olaraq dünyaya gələn Cohen, ilk şer kitabını 1956-cı ildə nəşr etdirir.
1960-cı illərdə şer və romanlara üstünlük verən sənətçi, 1980-cı illərdən etibarən bas-bariton səsi ilə, sevgi, din, cinsi ayrı seçkilik və yalnızlıq mövzularında mahnılar ifa etməyə başlayır.
Kanadanın ən böyük vətəndaşı medalına sahib olan Cohen, 1 ay öncə 14-cü, ‘You Want It Darker’ adlı albomunu yayımlamışdı.
Cohen’in ‘Hallelujah’ mahnısı, bütün dövrün ən çox təkrar oxunan mahnılarından biri sayılır.
Leonard Cohen’in həyatını itirməsi musiqi dünyasını hüznə boğsa da, onun yazdığı sözlər heç vaxt ağıllardan sillinməyəcək.
ONLARDAN BƏZİLƏRİ :
Hər kəs bilir yaxşı insanların uduzduğunu
Hər kəs bilir davaların fırıldaq olduğunu
Kasıblar kasıb qalır, varlılar biraz da varlanır
Bu belədir
Hər kəs bilir
Saç telində bir quş kimi
Gecə xorunda bir sərxoş kimi
Mən də özüm üçün
Azad olmağı istədim
Hər bir sözdə
Bir qığılcım var
Sənin hansını hiss etdiyin vacib deyil
Müqəddəs olanımı, yoxsa sınmış olanımı
Hallelujah
Səni tərk edəcəm deyə narahatsan
Səni tərk etmərəm
Yalnız özgələr gedərlər
Hər şeyə sahibəm
Gedə biləcək başqa yerim yoxdur
Mümkün olanları çalın
Ən yaxşı niyyətinizi unudun
Hər şeydə bir çat var
Və beləcə işıq sızar içəri
Sərhədə çatanda
Təslim olmağımı istədilər
Bu bacarmadığım bir şeydir
Silahımı götürdüm və yoxluğa qarışdım
Olmaq istədiyin kimi davran
Qısa bir vaxtda davrandığın kimi olacaqsan
Onun müdrikliyi qarşısında, insan bir daş kimi batdı
Səni Chelsea Otelindən xatırlayıram
Məşhur idin, qəlbin bir əfsanə idi
Eləcə qayğısız burda dayanmışıq
Yaşadığımız sevginin içində
Bu sevginin içində itirik
Şer həyatın sübutudur
Əgər həyatın alovlar içindədirsə
Şer onun külləridir
Musiqi çörək kimidir.
O, əldə edə biləcəyimiz ən əsas qidalardan biridir.
Məhkumları bir sıraya düzərlər
Və növbətçilər onları nişan alar
Mən bəzi şeytanlar ilə mübarizə apardım
Onlar orta təbəqəli və evə bağlı insanlar idi
Öldürmək və yaralamaq icazəmin olduğunu bilmirdim
Qaranlığı istiyirsən
Öz yolunla get
Mən də sənin yolunla gedəcəm