Kosmos

Kosmosun dərinliklərindən siqnal – Yadplanetlilər ünsiyyət qurmaq istəyir?

769views

Dünən elm dünyasını bir xeyli həyəcanlandıran bir inkişaf yaşanıb. Dünyadan 95 işıq ili uzaqlıqda olan bir ulduzdan güclü bir siqnal gəlib.

İnsanoğlunun cavabını ən çox maraqlandığı sualların başında hərhalda bu sual dayanır, “Dünya xaricində həyat var mı?” Başda ABŞ, Çin və Rusiya olmaq üzrə bir çox ölkə yalnız bu problemin cavabını tapa bilmək adına hər il milyonlarla dollar büdcə ayırırlar. Aradan keçən uzun araşdırmalardan sonra bu gün kosmosun dərinliklərində olan, Yerə 95 işıq ili uzaqlıqda bir ulduzdan güclü bir siqnal alındı.
The Verge’ün xəbərinə görə bu siqnal, Dünyadan 95 işıq ili uzaqlıqda və Günəşə bənzər bir ulduzun yaxınlığında olan HD164595 adlı ulduzdan alınmış. Bu siqnalı ilk olaraq alan isə Rusiyanın Qaraçay-Çerkezya bölgəsində olan Ratan-600 adlı radio teleskopudur.
Bu siqnal xəbərindən sonra ABŞ və Rusiya peyk və teleskoplarını HD164595 adlı ulduza doğru çeviriblər.

111111111111111111111111111111111111

Yadplanetlilər gəlir?!

Digər tərəfdən bu siqnal ilk olaraq bəziləri tərəfindən yadplanetlilərdən gələn bir siqnal olaraq qiymətləndirildi və hər kəsi həyəcanlandırdı. Ancaq elm insanları hələlik siqnalın təkrarlanmasını gözləyir və yadplanetlilər mövzusunda insanların həvəslənməsini istəmir.

Çünki bu güclü siqnalın arxasında, ulduzun cazibə qüvvəsi ilə səsi başqa bir nöqtəyə daşıyan “microlensing” olaraq bilinən kosmos hadisəsi də ola bilər.
Digər tərəfdən bu mövzuyla əlaqədar çıxış edən “Ulduzlararası Mesaj Kompozisiya” direktoru Douglas Vakoch, “Bu siqnal maraqlıdır. Çünki günəşə bənzəyən bir ulduzun yaxınlarından gəlir. Əgər süni bir siqnaldırsa, ancaq insanoğlundan daha inkişaf etmiş bir sivilizasiya tərəfindən çıxarıla biləcək bir gücdədir.” deyir.
Elm insanları hələlik bu siqnalı təsdiq etdirənə qədər “maraqlı bir siqnal” olaraq adlandıracaqlarını söyləyirlər.