Dünya

Kim Jong Undan yeni il təbriki: ‘Çox yaxınlaşmışıq’

513views

Kimdən yeni il təbriki: Çox yaxınlaşmışıq.

Şimali Koreya lideri Kim Jong, ölkəsinin qitələrarası balistik raket (ICBM) sınağı keçirməyə yaxınlaşdıqlarını deyib.

Kim Jong, dünən televiziyada yayımlanan yeni il çıxışında, “Ən yeni texnologiyaya malik silahlar üzərindəki araşdırma və inkişaf etdirmə işləri davam edir və ICBM raket atma hazırlıqları son mərhələsindədir” – deyib.

ABŞ Xarici İşlər Nazirliyi Sözçüsü Anna Richey-Allen dünən etdiyi açıqlamada, ‘Şimali Koreyanın fitnəkar hərəkətlər və beynəlxalq sülh və sabitliyi təhdid edən təhrikçi ritorikalardan imtina etməsini’ tələb edib.

Qət edə bilmə uzaqlığı ən az 5.500 km olan qitələrarası balistik raketlərdən bəzilərini 10.000 km məsafəyə qədər yol ala biləcək xüsusiyyətdə inkişaf etdirmək mümkündür. ABŞ-ın Kaliforniya ştatı isə Şimali Koreyadan 9.000 km məsafə uzaqlıqdadır.