Futbol

Julian Draxler rəsmi olaraq PSG’də

PSG
767views

Fransanın Ligue 1 klublarından Paris Saint-Germain (PSG) Almaniyalı futboçu Julian Draxler’i komandasına transfer edib.

Draxler’in formasını geydiyi Almaniyanın Wolfsburg klubu, 23 yaşındakı futbolçunun PSG ilə 4 illik müqaviləyə razı olduğu barədə məlumat yayıb.

Futbolçunun alacağı illik ödəniş barədə hələki dəqiq məlumat olmasa da Fransa mətbuatı, PSG’nin Julian Draxler üçün Wolfsburg’a 40 milyon avro ödəniş edəcəyini bildirib.

Bundesliga’da 153 matçda çıxış edən Almaniyalı futbolçu, 23 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 2014-cü ildə Dünya kubokunu qazanan Almaniyalı futbolçunu transfer etmək üçün İngiltərənin Arsenal klubu da oyunçu ilə təmasda idi.