Amerikalı məşhur aktrisa Jennifer Lawrence, dünən qatıldığı ‘Graham Norton Show’da olduqca maraqlı açıqlamalar edib.
Bir müddət əvvəl ‘Hunger Games” (Aclıq Oyunları) filmindəki tərəf müqabili Liam Hemsworth’ün “Jennifer’lə yaxşı dostuq, onu sevirəm. Ancaq öpüşmə səhnəsindən əvvəl gərək sarımsaq yeməzdi” sözlərinə Lawrence öz fikrini bildirib.
26 yaşındakı aktrisa, filmdə tərəf müqabilləri olan Liam Hemsworth və Josh Hutcherson ilə olan öpüşmə səhnəsindən əvvəl nə yediyinə o qədər də çox əhəmiyyət vermədiyini söyləyib.
Lawrence, “Onları öpmək məcburiyyətində olduğumda ‘Bir şey olmaz, heç kəsə bu maraqlı deyil’ deyə düşündüm. Xardal və ton balığı yedim” deyə söyləyib.
Christian Bale ilə baş rollarını paylaşdığı ‘American Hustle’ filmində isə” Çox təmiz idim və öncədən bol bol nanə yemişdim” deyə bildirib.
13 Yanvar 2017’ci ildə təqdim olunacaq yeni filmi ‘Passengers’də (Kosmos sərnşinləri) Chris Pratt ilə öpüşmə səhnələri olan Lawrence,’Pratt’lə öpüşməzdən əvvəl də nanə çeynədim” deyib.