Dünya

İtaliyada ard-arda zəlzələlər

Italiyada zelzele 2017 yanvar
673views

İtaliyada 5.3 bal gücündə zəlzələ baş verib.

İtaliya Milli Geofizika və Volkanoloji İnstitutu bir saat içərisində 5.3, 5.4 və 5.3 bal gücündə ard-arda 3 zəlzələnin meydana gəldiyini açıqlayıb.

Zəlzələlər paytaxt Romanın 110 km şərqindəki L’Aquila şəhərində, yerin 10 km dərinliyində qeydə alınıb. Zəlzələ ölkədə qarışıqlıq yaradıb və ardından paytaxt Romada metro xətlərinin fəaliyyəti dayandırılıb.

İtaliya Geologiya İnstitutunun Direktoru Paolo Messina zəlzələ ilə bağlı bəzi açıqlamalar edib:

yaaz.az İtaliyada zelzele 2017

“Keçən ilki zəlzələdə olan fay xətti ilə bu fay xətti eyni deyil. Fərqli fay xəttləridir ancaq bir-birinə çox yaxındır. Keçmişlə müqayisə etsək burada təəccüblü bir vəziyyət yoxdur. Ancaq bu zəlzələlər müəyyən zərərlərə səbəb olur və cəmiyyətdə də qarışıqlıq yaradır. Çətin qış şərtləri bu qarışıqlığı biraz da artırır. Fay xəttləri kritik əhəmiyyətə sahibdir. Bu kimi vəziyyətlərdə ən vacib məsələ hər zaman insanları xilas etməkdir. Amma bu o qədər də asan deyil, çünki uzaq və girişi çətin olan bir çox kəndimiz var bu bölgədə. Kəndlərin bəzilərində qarların hündürlüyü hardasa 2 metre çatır . Buna görə də vertolyot vasitəsi ilə o yerlərə köməklik etməyə çalışırıq. Ancaq bu çətinliklərə baxmayaraq ağır vəziyyətdə olan insanların xilas ediləcəyinə və etibarlı, isti bölgələrə aparılacağına əminəm. “

Xatırladaq ki, İtaliyada keçən ilin avqust ayında Accumoli şəhərində 6 bal gücündə zəlzələ baş vermiş, nəticədə 300 insan həyatını itirmiş və minlərlə ev tamamilə çökmüşdü.