629
İordaniya’nın qərbi Əl-Xəlil şəhərində İsrailli bir əsgəri bıçaqlamağa çalışan Filistinli gənc, əsgərlərin atəş açması nəticəsində həyatını itirib.
Filistin torpaqlarındakı İsrail işğalına qarşı etiraz edən İssa Tarayra adlı 16 yaşındakı Filistinli gənc, İsrail əsgərlərinə yaxınlaşdıqdan sonra anidən bıçaq çıxardaraq əsgərə hücum edib.
İlk zərbəsini vuran gənc növbəti əsgərə yönələrkən yaxınlıqdakı digər İsrailli əsgərlər gəncə atəş açıb. Atəş nəticəsində isə gənc həyatını itirib.
Filistinli gənc, fevral ayından bu yana bıçaqla hücuma cəhd edərkən İsrail əsgərləri tərəfindən öldürülən 9-cu etirazçı olub.
add a comment