
iPhone 8-də olacaq xüsusiyyətlərlə bütün dünyanı həyəcanlandırmağı hədəfləyən Apple, kamera mövzusunda da möhtəşəm yeniliklərə imza atacaq.
iPhone 7 Plus’a iki kamera əlavə edərək görüntü keyfiyyətini yüksəldən Apple bir müvəffəqiyyətə imza atmışdı. Ancaq iPhone 8in kamerasına qoyacağı xüsusiyyətlərlə iPhone 7 Plus’u belə unutdurmağı planlaşdıran Apple, bel çıxır ki, bütün yeni xüsusiyyətlərini iPhone 8 üçün saxlayır.
Apple firmasına yaxınlığıyla bilinən və ümumiyyətlə təxminləri doğru çıxan məşhur analitik Ming-Chi Kuo, üç fərqli iPhone 8 modelinin olacağını və bunların ən az birində iki kamera xüsusiyyətinin davam edəcəyini bildirib.
iPhone 7 Plus’da olan iki kameraların yalnız birində OIS (optimal görüntü sabitləyici) var. iPhone 8-də isə OIS xüsusiyyətin hər iki kamerada da olması və telefoto linzanın inkişaf etdirilərək daha keyfiyyətli bir şəkildə qarşımıza çıxması gözlənilir.
Artırılmış virtual reallıq xüsusiyyəti gözlənilir.
Apple’ın iPhone 8 ilə birlikdə virtual reallıq sektoruna addım atacağı da bildirilir. Əgər iPhone 8-də yuxarıda saydığımız xüsusiyyətlərlə birlikdə artırılmış virtual reallıq xüsusiyyəti də olsa cihaz kamera mövzusunda həqiqətən də bir inqilab etmiş olacaq.