Gündəm

İnternetdə pornoqrafik görüntüləri yayılan gənc qadın intihar edib

727views

İtaliya’da köhnə sevgilisini qısqandırmaq üçün, dostu ilə pornoqrafik video çəkən gənc qadının görüntüləri internetə sızıb.


31 yaşındakı Tiziana Cantone , keçən il köhnə sevgilisini qısqandırmaq üçün dostu ilə bəzi şəxsi görüntülər çəkib və sevgilisinə göndərmək istəyib. Ancaq bu addım Tiziana’yı ölümə aparıb.

Tiziana’nın videosunu görən bir neçə dostu görüntüləri internetə sızdırıb.

Pornoqrafik görüntülər tez bir zamanda internetdə yayılıb .

Tiziana ilk öncə videonu axtarış saytlarından sildirə bilsədə, məhkəmə videonu könüllü şəkildə özü çəkdiyi üçün Tiziana’ya, internet saytlarına 25 min € ödəməsinə qərar vermişdir.

Yaşadığı şəhərdən köçən və yeni bir həyat qurmağa çalışan Tiziana adını belə dəyişdirmişdir. Ancaq internetə qarşı apardığı mübarizədə çarəsiz olduğu üçün, bu yolda məğlub olub və intihar edib.

İtaliya məhkəməsi məsələni yenidən araşdıraraq, gənc qızın videosunun internetdə yayılmasına səbəbkar olan dostlarını dindirir.