Mobil

Instagram Stories yeni maraqlı imkanlar təqdim edir

783views

Dünəndən etibarən Instagram istifadəçiləri  yeni imkanlardan yararlana bilərlər. Bunun üçün sadəcə tətbiqi yeniləmək kifayətdir.

 

Bəs adı gedən yeniliklər nədən ibarətdir?

inst1

Instagram Stories əlavəsində artıq sadəcə foto və videolarınızı deyil, eyni zamanda boomerang-dan da istifadə edə bilərsiniz. Yəni, boomerang video çəkmək üçün “Boomerang” tətbiqini açmadan, Instagram’a daxil olub ekranı sağa çəkib “boomerang” rejimini seçməyiniz kifayətdir.

inst2

Bundan əlavə, sadə paylaşımlarda olduğu kimi Instagram Stories’də də paylaşıma istədəyiniz istifadəçini qeyd edə biləcəksiniz. Bunun üçün @ işarəsini qoyursunuz, və tətbiq sizə qeyd etmək istədiyiniz istifadəçilərin siyahısını verir. Qeyd olunan istifadəçinin adına klik etməklə, profilinə qısa baxış keçirə bilərsiniz.

Instagram Stories’də hələ linklər də paylaşa bilərsiniz, lakin bu funksiyadan çox az istifadəçi yararlana bilər. Müəlliflər bu funksiyanı hələ məhdud istifadəçi sayına təqdim edirlər, məşhurlar və tanınmışlara.

Yaxın gələcəkdə funksiyadan hər bir istifadəçi yararlana biləcək.