İnternetMobil

Instagram əsl onlayn mağaza olmağa hazırlaşır

780views

Bu həftədən etibarən təxminən 20 amerika markası Instagram-da öz mallarının fotolarını əlavə etməklə yanaşı, şəklin üstünə basıldığında malın qiymətini göstərmə imkanı da əldə edəcəklər. Növbəti kliklə isə açılan pəncərədə malın haqqında qısa məlumat və “indi al” linki veriləcək. Bu linkə etdiyiniz klik sizi markanın rəsmi səhifəsinə yönləndirəcək. Beləliklə, onlayn alış-verişiniz asanlaşacaq.

https://vimeo.com/189697604

Bu funksiyanı ilk sınaqdan keçirən markalar isə J. Crew, Michael Kors, Abercrombie & Fitch, Coach, Levi’s, Macy’s və Tory Burch olacaq.

Bildirilir ki, bu funksiyanı Instagram həm “alıcılara” həm “satıcılara” tam təmənnasız təklif edir, yəni sosial şəbəkə vasitəsilə satılan mallardan faiz tutulmayacaq.