Sağlamlıq

İnsanları dondurub sonra diriltmək mümkündürmü?

879views

İnsanları dondurub illər, hətta əsrlər sonra oyandırmaq fərziyyəsi uzun zamandır gündəmdədir. Yaxşı, bir müddət sonra oyanacaq bu insanlar hansı problemlər ilə qarşılaşa bilərlər?

Hal hazırda ABŞ və Rusiyada 3 tibbi müəssədə 300 nəfər dondurulmuş vəziyyətdə həyata yenidən göz açmağı gözləməkdədir. Kriyoprezervasyon ya da donduraraq saxlama əməliyyatı ürək dayandıqdan dərhal sonra həyata keçirilir.

Hüceyrələr ölməyə başlamazdan əvvəl bu insanların beyin toxumaları, vitrifikasyon deyilən buzsuz dondurma üsuluyla mühafizə edilir. Bu insanlar rəsmi olaraq ölü sayılırlar.

Bu insanların yenidən həyata qayıtmaqlarının mümkün olub olmayacağını isə hələki heç kəs bilmir. Ancaq bir çox insan belə bir şübhədənsə ölməyin daha yaxşı olduğunu düşünür. Bu gün 1250 nəfər bu şəkildə dondurulmaq üçün öz sırasını gözləməkdədir. Bunun üçün Oregon, Avstraliya və Avropada yeni tibbi müəssələrin açılması planlaşdırılır.

yaaz.az foto dondurulan insanlar

İKİNCİ PİS EHTİMAL

ABŞ’ın Michigandakı Kryonik İnstitutunun rektoru Dennis Kowalski, “Donmaq başınıza gələ biləcək ikinci ən pis şeydir deyə bir söz vardır bizim sahədə” deyir. “Həyata geri döneceğinizə dair heç bir zəmanət verilmir, ancaq basdırılsanız ya da yandırılsanız yenidən var olacaq bir həyata ümid vardır”

Mövzu barədə az məlumatı olanlar bunun fantastik bir xəyal olduğunu düşünür. Ancaq bir çox mütəxəssislər dondurulan insanların yenidən həyata gələ biləcəyinə ümidlidirlər.

Bir müddət əvvəl mütəxəssislərdən ibarət bir qrup, dondurulmuş dovşan beynini yenidən canlandırmağı bacarmışdı. Bir neçə həftə donmuş halda qalan beyin, açıldıqdan sonra beyində sinir Qovşağı olaraq bilinən Sinapsların əvvəlki vəziyyətinə qayıtdığı müşahidə olunmuşdu. Ancaq qrup, dovşanın ürəyini yenidən canlandırmağı ahtiyac bilməmişdi.

Mərkəzi Kaliforniyadan olan və yaşla əlaqədar xəstəliklərdə müalicə üsullarını araşdıran Aubrey de Grey, dondurulduqtan sonra yenidən həyata qayıtmağın, bir müddət sonra adi bir seçimə çevriləcəyinə inandığını bildirir: “Əslində burada elə də qəliz bir şey yoxdur. Əgər bu məsələni, ciddi xəstəlikləri olan insanlara kömək edən bir sağlamlıq xidməti olaraq normal qəbul etsək, burda qorxulu nəyinsə olmadığını görərik.

Ancaq keçmişdə yaşamış və yenidən həyata qaytarılan bu insanların gözlərini açdıqda gördükləri vəziyyətə uyğunlaşmaqları asan olmayacaq. Onlar, yad olan bir mühitdə, tanımadıqları insanlarla yeni bir həyat qurma problemiylə qarşı-qarşıya olacaqlar.

yaaz.az foto dondurulan insanlar

UYĞUNLAŞMA PROBLEMİ

İlk olaraq müddət çox önəmlidir. Uzun müddət dondurulmuş şəkildə qaldıqdan sonra oyanan bədənin təbiətlə uyğunlaşması burada düşünülə biləcək ilk məqamlardan biridir. Necə bir cəmiyyətə geri dönəcəkləri isə əsas məqamlardan sayılır. Əgər çox uzun müddət keçibsə bu artıq heç bir tanışın olmayacağından xəbər verir. Və bu şəkildə sosial dəstək problemi yaranacaq.

Ancaq bunun həlli yolunu da Kowalski kimiləri tapıb. Kowalski təklif edir ki, bu qərarı alan insanlar ailəlikcə dondurulsun. Bu şəkildə göstərilən bir problemdən yayınmaq olar.

Bu cür insanların ehtiyaclarını təyin etmək üçün Kryonik İnistutu, ödəniş olaraq qəbul etdiyi 28 min dolların bir hissəsini yaratdıqları Fonda yatırır.

Ancaq bəlkə də bu insanlar oyandırıldığında nə pula nə də işlərinə ehtiyac qalacaq. Gələcək cəmiyyətin bolluq içində yaşayacağını təxmin edən Kowalski, “Hal hazırkı cəmiyyətdən geridə qalan bir toplum içərisində belə insanların oyandırılmasını məntiqli görmürəm. Ancaq daha da irəliyə doğru təkamül etmiş bərabərhüquqlu bir cəmiyyətdə oyanmaq yaxşı olar. Sözsüz ki bəzi çətinliklər olacaq. Tanıdığı bütün insanları itirmək, onlara asan gəlməyəcək” deyə bildirir.

yaaz.az foto dondurulan insanlar

DÖZÜMLÜ İNSAN

Hətda tək baş hissəsi dondurulmuş insanlar olacaq, belə insanların başqa bir bədənə uyğunlaşması da əlavə bir problemdir.

Philadelphiada Psixoterapevt olan Jeffry Kauffman bu insanların “Mən kiməm?” sualını tez-tez özlərinə verəcəklərini söyləyir. Lakin New York’lu antropoloq Abou Farman insanın, “hər vəziyyətə uyğunlaşa biləcək” dözümlü bir varlıq olduğuna inanır.

Kowalski də kasıb ölkələrdən inkişaf etmiş ölkələrə köçən insanların yeni mühitlərinə asan alışdıqlarını, qəza ya da müharibədə ciddi zədələr alan insanların yaşamaq üçün mübarizə apara bildiklərini söyləyir.
Lakin bunun psixoloqlar üçün yeni bir sahə olacağı da qətidir. Depressiyanın fərqli xüsusiyyətləri ortaya çıxa bilər.

Vacib bir problem də, keçmişdən gələn bu insanların günün insanı ilə quracağı əlaqələrdə yaşana bilər. Kauffman, bunun çətin olacağını, günün insanının onları “qarabasma” kimi görə biləcəyini söyləyir. Lakin Grey, hər kəsin bir başqasını qəribə görməsinin bu gün də aktual olduğunu və 100 il sonrakı insanın da dəyişərək əvəzində daha müsbət yanaşmaya sahib ola biləcəklərini söyləyir.

yaaz.az foto dondurulan insanlar

ÖLÜMSÜZLÜK DÜŞÜNCƏSİ

Bir digər problem də ölümsüzlük düşüncəsidir. Yenidən canlandırılan beyin hardasa ölümü məğlub etmiş olacaq, və belə olduqda Psixalogiya təməlinə və Fəlsəfəyə ciddi zərbə vurmuş olacaq. Varlıq və yaradılışın təməlini dəyişmiş olacaq.

9107p19a