İngilis elm adamları tərəfindən edilən yeni bir araşdırma, dünya üzərindəki insan istehsalı obyektlərin ümumi ağırlığının təxminən 30 trilyon ton olduğunu ortaya qoyub.
Nəticələri Anthropocene Review jurnalında nümayiş olunan araşdırmada, Dünyanın ‘texnosferası’ olaraq adlandırılan bütün kənd, şəhər infrastrukturların, vasitələrin, avadanlıqların, yer üzündəki, səmadakı və dəniz üstündəki hər vasitə və quruluşun, hər bir texnologiya parçasının və tullantı sahələrindəki bütün zibillərin cəmdə təxminən 30 trilyon ton ağırlığında olduğu hesablanıb.
Araşdırmada, bütün texnosferanın yer üzünə bərabər olaraq paylanması vəziyyətində hər bir kvadrat metrə 50 kilo zibil düşəcəyini ifadə edilib. Tədqiqatçılardan Leicester Universitetində professor Jan Zalasiewicz, insanların həyatlarını davam etdirmək üzrə inşa etdiyi evlərin, fabriklərin, fermaların, faydalı qazıntıların, yolların, aerodromların, limanların və kompüter sistemlərinin ardında böyük miqdarda tullantılar buraxdığını dilə gətirib.
Texnosferanın ortaya çıxışı 1950-ci illərdən günümüzə qədər gələn, Antroposen olaraq adlandırılan və insanın dünyanı yaratdığı dövr olaraq xarakterizə edən yeni geoloji çağ ilə uyğunlaşdırır. Texnosferanın öz dinamikası və enerji axımıyla insan həyatı üçün lazımlı olan bir sistem olduğunu ifadə edən Zalasiewicz, “Texnosfera geoloji olaraq hələ çox yeni ola bilər, ancaq olduqca sürətli bir şəkildə böyüyür və indidən dünya üzərində çox dərin bir izlər buraxır” deyib.
Dünyanın öz həyatını davam etdirməsinə faydalı olan biyosferanın əksinə texnosfera, özünü meydana gətirən materialların geri çevrilməsi mövzusunda uğursuzdur və bu da dünya üçün olduqca ciddi təhlükələr meydana gətirə bilər.