Dünya

İngiltərə futbolunda uşaqlara təcavüz ilə bağlı 98 klub və 83 şübhəli istintaqa cəlb olunub

İngiltərə futbolunda uşaqlara təcavüz ilə bağlı 98 klub və 83 şübhəli istintaqa cəlb olunub
694views

Böyük Britaniya Milli Təhlükəsizlik Rəisləri Şurası, futbolda uşaqlara təcavüz iddiaları ilə bağlı 83 şübhəli və 98 futbol klubu haqqında istintaq açıldığı barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, 98 futbol klubu arasında həvəskar liqalardan Premyer Liqaya qədər hər addımda mübarizə aparan komandalar yer alıb.

Bundan əlavə, hələ də futbol klublarında uşaqlara təcavüz ilə bağlı yeni məlumatların daxil olduğu bildirilib.

Təsbit edilən qurbanların 98 faizinin kişi olduğu və təcavüzə uğradıqları dövrdə yaşlarının yeddi ilə 20 arasında dəyişdiyi bildirilir.

İstintaqı 15 Təhlükəsizlik Xidməti birgə araşdırır.

yaaz.az İngiltere futbolunda ushaqlara tecavuz
BBC aparıcısı Victoria Derbyshire keçmiş futbolçular Jason Dunford, Steve Walters, Chris UNSWORTH və Andy Woodward ilə birlikdə

Xatırladaq ki Şura, İngiltərə televiziya kanallarından birində bəzi köhnə futbolçuların ard-arda gələn təcavüz etiraflarının ardından məslənin daha da böyüdüyünü görərək və daha dərindən araşdırmaq məqsədi ilə xüsusi qaynar xətt bölməsi açmışdı.

Həyata keçirilən araşdırmalar müddətində isə, qeyd olunan qaynar xətdə 800-dən çox eyni təcavüzə uğrayan insanlar müraciət etmişdi.