Futbol

“Ilk dəfə qovula bilərəm” – Pep Guardiola

845views

Manchester City klubunun baş məşqçisi Pep Guardiola, karyerasında ilk dəfə qovula biləcəyini söyləyib.

İngiltərə mətbuatına müsahibə verən Guardiola, “Futbolda uzun müddətli layihələrə artıq yer yoxdur. Klublar təbii ki uzun müddətli planlar üçün yola çıxırlar ancaq bunun üçün baş məşqşilərin oyunlardan qalib ayrılması vacibdir, əks halda lazımı tədbirləri görərlər” deyə bildirib.

Komanda olaraq çətin bir müddətdən keçdiklərini vurğulayan İspaniyalı məşqçi, “Baş məşqçilik dövrümdə heç vaxt qovulmamışam ancaq müvəffəqiyyəti tez arzulayan bir klubun başına keçdiyimin fərqindəyəm və əgər uğur qazana bilməsək bunun baş verə biləcəyinə əminəm” deyə əlavə edib.

yaaz.az Guardiola musahibe
Pep Guardiola, Manchester City’nin baş məşqçisi

Guardiola, komanda olaraq zirvə mübarizəsini davam etdirəcəklərini də vurğulayaraq, “Mübarizə etmək üçün kifayət qədər gücümüz var. Amma işlər yolunda getməsə, ‘Bunu bacara bilmədim və yerimə başqası gəlsin’ deyəcəyəm. Bu cür hallar dünyada hər məşqçinin başına gələ bilər. Oyunları qazana bilməsək həyatımda ilk dəfə qovula bilərəm” deyə bildirib.

Xatırladaq ki, son iki liqa matçından xal qazana bilməyən Manchester City, lider Chelsea’nin 7 xal gerisində yer almaqdadır.