Gündəm

Hollandiya, həbsxanalarının sayını azaldır

677views

Hollandiya hökuməti ölkədə bəzi həbsxənaları bağlayacağını açıqlayıb

2013-ci ildə Hollandiyada həbsxanaları dolduracaq kifayət qədər günahkar olmaması səbəbiylə 19 həbsxana bağlanmışdı. Bu günlərdə siə daha 5-nin bağlanılması gözlənilir.

Nəticədə 2.000 adamın işini itirməsi ilə yanaşı, Hollandiyada qanun hökmü ilə həbsdə olan 700 adamın başqa mövqelərə köçürülməsi də zəruriləşəcək.

2004-cü ildən bəri yaşanan cinayət nisbətindəki eniş isə həbsxanaların bağlanmasının əsas səbəbi kimi göstərilir.

Boş həbsxana hücrələri problemi elə bir hal aldı ki keçən sentyabr ayında Hollandiya, təsislərini dolu tutmaq üçün Norveçdən 240 məhkum qəbul etdi.

Hollandiyanın cinayət nisbətini bu qədər aşağı tutabilməsinin altında yatan faktorlar isə rahatlaşdırılmış narkotik qanunları, cəzalandırma yerinə Reabilitasiyaya yönəlmə və insanların təkrar iş gücünə iştirakını təmin edən ayaq biləyinə bağlanan elektron izləme sistemidir.