Amerika Birləşmiş Ştatlarında həyata keçirilən üz köçürmə əməliyyatı bütün dünyada böyük marağa səbəb olub.
Belə ki,2015-ci ildə 42 yaşlı Patrick Hardisonun uğurlu əmaliyatı və sağlam duruşu hər kəsin müsbət fikrini qazana bilib. Baş dərisi,qulaqlar ve göz qapaqları da daxil olmaqla,yeni üzün köçürülməsi bu sahənin ən geniş əməliyyatı idi.
Hardisonun üzü 2001-ci ildə yanğın zamanı tamamən yanmışdı. 5 övladı olan Hardison yeni üz köçürülməsi üçün könüllü oldu və əməliyyatı gerçəkləşdi. Nəticələr isə ümid verici idi.Əməliyyat sonrası özünü tam yaxşı hiss etdiyini bildirən Hardison “İndi hər kəsin qorxduğu görünüşdə deyiləm,gündəlik həyatıma artıq normal insanlar kimi davam edə biləcəm” şəklində fikirlərini bildirdi.
Estetik cərrah Dr. Eduardo Rodriguez rəhbərliyində 26 saat davam edən əməliyatda, Hardisonun üzünə,velosiped qəzasında heyatını itirən 26 yaşındakı David Redebaughın üzü köçürüldü.