Sağlamlıq

H3N2 virusu əlamətləri və qorunma yolları

Hong Kong qripi
1.02Kviews

H3N2 virusu haqqındakı məlumatları, ölkəmizdə son yarım aydır geniş olaraq görülən qrip hadisələri ilə öyrəndik.

Yeni bir virus, yoxsa donuz qripimi kimi suallardan sonra Səhiyyə Nazirliyi açıqlama verərək, bu virusun donuz qripi virusu (H1N1) olmadığını, H3N2 (Hong Kong qripi) virusu olduğunu açıqlayıb.

H3n2 virusu və Qrip əlamətləri
Qrip xəstəliyinə səbəb olan bakteriya deyil, bir virus olduğu üçün antibiotiklər də işə yaramır. Boş yerə antibiotik istifadə etməyin. Viruslara qarşı təsirli olan antiviral dərmanlar isə qripin başlanğıcındakı ilk 48 saat üçün keçərlidir. Antiviral dərmanların mütləq həkim tərəfindən verilməsi lazımdır.
H3N2 virusu və digər qrip hallarından qorunmaq üçün əllərin tez-tez yuyulması, asqırarkən ağızın dəsmalla bağlanması, izdihamlı mühitlərdə olmamaq lazımdır. Sizə H3N2 virusu dəydiyini düşünürsünüzsə, dərhal həkimə gedin, antibiotik istifadə etməyin, xəstə uşağınızı məktəbə göndərməyin, xroniki xəstəliyiniz varsa peyvənd etdirin. Evi tez-tez havalandırın, səthləri tez-tez təmizləyin, digər insanlarla təması azaldın.

Soyuqdəymə ilə qrip arasındakı fərq nədir?

Bu iki xəstəlik adətən bir-biri ilə qarışdırılır. Soyuqdəymədə burun axıntısı və əsasən asqırıq ilə görülür. Bu əlamətlər qripdə də görünür amma, əzələ ağrısı və yüksək bədən temperaturu qripdə əsl müəyyənedici xüsusiyyətlərdir.

H3N2 virusu nədir? İlk əlamətləri nələrdir?
Məlum olan qrip əlamətləri, H3N2 virusunun xəbərçisi ola bilər:
Yüksək temperatur,
Boğaz ağrısı,
Burun axıntısı,
Ümumi bədən incikliyi, ağırlıq,
Əzələ oynaq ağrısı və şiddətli öskürək varsa, bir həkimə müraciət edilməsi lazımdır.

Tez şəkildə sağalmaq üçün nələr edilməlidir?

  • Mütləq istirahət edin.
  • Bol miqdarda maye istehlak edin.
  • Olduğunuz məkanı tez-tez havalandırın.
  • İçəcəyiniz şorbalar yaxşılaşmağınızda son dərəcə təsirli olacaqdır: Bol-bol kəlləpaça, mədə və tarhan şorbası için. Bunlar, immunitetinizi yüksəldən qidalardır.
  • Tikanlı kəvər turşusunu bol istehlak edin. Tikanlı kəvər antiviraldir, virusları məhv edir.

H3N2 virusu qripini yaxşı bir baxım və istirahət ilə qısa müddətdə bədəninizdən ata bilərsiniz.