Həyat tərzi

Həftəlik bürc şərhi (3 oktyabr – 9 oktyabr)

1.37Kviews

Türkiyənin ən çox oxunulan Astroloq’u Hakan Kuyucu‘nun həftəlik bürclər yazısını təqdim edirik.

 

Qoç Bürcü (21 Mart – 20 Aprel)

aries

Oktyabr ayının başlaması ilə sosial və şəxsi həyatınızda yeni bir səhifə açmağa meyillənəssiniz. Sahib olmaq istediyinizi əldə etmək üçün bu həftə daha istəkli olacaqsınız. Küsülü olan dostların barışması, ayrı olan sevgililərin qovuşması gözlənilir. Yenicə başlayan bu ayda, duyğularınızı və arzularınızı bir kənara qoymağa çalışsanız da bunu bacara bilməyəcəksiniz. Odur ki, rahat olun və içinizdən gələn istəklərə qarşı çıxmadan həyatınızı daha rəngli yaşamağa köklənin. İş həyatınızda bu həftə ehtiyatlı olmağa çalışın, riskli addımlardan əvvəl çox düşünün və tədbirli olun. Yeni planlar, işinizi dəyişmək və işdə yüksəliş ilə bağlı hərəkət etmək üçün uğurlu həftədə deyilsiniz, səbrli olun. Bu mövzuda hərəkət əvəzinə planlamağı seçin və qeydlər götürün. Həftə boyu sağlam qidalanmağa, mənəvi güc almağa (kitab oxumaq ola bilər) və idman ilə məşğul olmağa çalışın.

 

Buğa Bürcü (21 aprel – 21 may)

e0773e3286b738973198c5d5e5194f95

Bu həftə sizi sıxan hadisələrə qarşı mübarizəni seçəcəksiniz. İşdə ətraf ilə olan münasibətlərdə uyğunluq, tarazlıq və düzgün başa düşmə axtarışlarınız ilə rahatlıq qurmağa çalıacaqsınız. Bu mövzuda əks tərəfdən müsbət geri dönüş ala bilməsəniz səbrli olmalı və qarşınızdakına daha bir neçə şans verməlisiniz. Əks halda hücum edən tərəf siz ola bilərsiniz və bu addım bu həftə üçün düzgün seçim deyil. Maliyə mövzularında borclarınızı bitirmək və yaxşı bir işə sahib olmaq arzularına qapıla bilərsiniz. Bunu həyata keçirtmək üçün ən doğru vaxt məhs elə indidir. Bu həftə təsir etmə gücünüz olduqca yüksəkdir. Bunun sayəsində sevgi həyatınızda hər şeyin yoluna düşdüyünün şahidi olacaqsınız. Bu həftə yüksək əhvala sahibsiniz.

 

Əkizlər Bürcü (22 may – 22 iyun)

1461582730-919748705

Bu həftə sevgi ilə bağlı fikirlərdə köklü dəyişikliklər gözlənilir. Hisslər və xəyalları bir kənara qoyub, məntiqə, uyğunluğa və ortaq planlara dəyər verməyə başlayacaqsınız. Daha ciddi və uzun müddətli münasibət istəyi sevgi mövzusunda daha dərin düşüncələrə sizi aparacaq. İş həyatınız ilə bağlı uzun müddətdir arxasınca getdiyiniz bir xeyalı dayandırıb kənara qoymaq fikrində olacaqsınız. Məntiqiniz isə bunu etməməyi tələb edəcək. Böyük ehtimal bu işdə məntiqiniz qalib gələcək. Həftə sonu əzələ və oynaq ağrıları hiss edə bilərsiniz, diqqətli olun.

 

Xərçəng Bürcü (23 iyun – 22 iyul)

unnamed

Yeni ayın başlaması ilə, sağlam həyat sürmək, qaranlıq olan bütün məqamlardan uzaq durmaq arzusunda olacaqsınız. Həyat tərzinizi yüksəldə biləcək yeni ev, yeni maşın vasitlərinə müraciət etmək fikirləri yaranacaq. İstədiyiniz addımı ata bilərsiniz, tək lazım olan cəsur davranmağınızdır, qərarlarınıza güvənin ulduzlar sizinlədir. Eyni zamanda maddi olaraq yüksək görünmək və bu mövzuda toplum içərisində dəyərli olmaq arzusu da sizin ilə olacaq. Bunu reallaşdırmaq üçün maliyə işlərində daha dərin nöqtələrə enməyiniz və mübarizə aparmağınız lazım gələcək. Sevgi münasibətlərində nikbin ruhda olacaqsınız. Həyatınızda bir insan varsa, onunla daha da irəli addımlama qərarı ala bilərsiniz. Bu qərar evlənmək, birlikdə yaşamaq və ya övlad sahibi olmaq qərarları ola bilər. Yox əgər tənhasınızsa yeni insanlar ilə tanışlıq hissləriniz kəskin önə çıxa bilər. Buunun üçün qapıdan kənara çıxmağa, yeni hadisələr yaşamağa meyillənin. Bu sağlamlığınız üçün də uğurlu addım olar, çünki uzun müddətdir oturaq həyatın içindəsiniz.

 

Şir Bürcü (23 iyul – 22 avqust)

bnzztqaog6w

Fərqli, xoş dəyişikliklər gözlənilir. Yeni bir insan ilə tanışlıq, iş görşmələri, yeni ev və təhsil kimi hər hansısa kökdən bir dəyişiklik gözlənilir. Bu həftə özünüzü inkişaf etdirmək, zəif tərəflərinzi gücləndirmək üçün uğurlu həftədir. Gücünüzü toplayın və hədəfə doğru getməyə çalışın. Oktyabr ayı sizə güc verir və sevgi mövzusunda da sizi sürətləndirəcək. Bu yüksək əhvalı dəyərləndirin. Yaxın bir tanışınızın sağlamlığı ilə bağlı sizə ehtiyac duyula bilər. Lazımı yerdə olmağa və köməkliyə çalışın, zəiflik edərək qaçmaq fikrindən uzaq durun.

 

Qız Bürcü (23 avqust – 22 sentyabr)

virgo-horoscope-2015

Maliyə mövzularında və karyerada yüksəlişlər həftəsindəsiniz. Bu vaxtlar ərzində hər arxasınca getdiyiniz iş uğur gətirəcək. Geyiminizə və estetik görünüşünüzə ayıracağınız xərclər sizi peşman etməyəcək. Əlinizdən gedən pullar xoşbəxtlik və yüksək enerji ilə sizə geri dönəcək. Ancaq bu vaxtlarda sevgi mövzusunda, övlad sahibi olmaq istəklərində və həyatınız ilə bağlı qərarlarınızda olduqca diqqətli olmalısınız. Bu barədə çox düşünməlisiniz əks halda gələcəkdə sizi narahat edəcək hadislər ilə qarşılaşa bilərsiniz.

 

Tərəzi Bürcü (23 sentyabr – 22 oktyabr)

bd3cdbc360d1115d5831dc0e7e1a7fa2

Ailə münasibətləri ilə bağlı bəzi ciddi qərarlar vermək ərəfəsində olacaqsınız. Əgər ortada hər hansısa bir gərginlik varsa artıq bu vəziyyəti daşıyabilməyib hə və ya yox qərarını verməli olacaqsınız. Ancaq unutmayın bəzən bizi narahat edən düşüncələr səhv addımlara bizi məcbur edə bilir. Narazı olduğunuz məqamı və bunun hansı şəraitdə yarandığına diqqət yetirin. Ən yaxşı çözüm təmkinli danışmaq olardı, bu barədə düşünün. Mövcud vəziyyət sevgili olan cütlüklərə də aiddir. İş həyatınızda məsulliyət götürdüyünüz məqamlardan alnı açıq çıxacaqsınız. Gərgin və fiziki yorğun olacağınız bir həftə sizi gözləyir. Özünüzü çox yormayın.

 

Əqrəb Bürcü (23 oktyabr – 21 noyabr)

unnamed-1

İş və maliyə mövzularında yüksəliş gözlənilir. Uğurlu olmaq istəyini bir kənara qoyub düzənli işləməyə çalışın. Ağlınıza və gücünüzə inanın. Azad olun. Gərginlik gətirən insanlardan və belə vəziyyətlərdən uzağ durun. Unutmayın ki,  mənəvi rahatlıq sizə daim yeni bir şans, sevgi, maraq və gözəllik gətirir. Sevgi axtarışlarınızda sabitlik və düzən axtarışında olacaqsınız. Bir çox əqrəblər evlilik ilə bağlı axtarışlar edə bilər. Bu mövzuda uğurlu olacaqsınız. Sağlığınız ilə bağlı başqa yolların tətbiqinə başlamaq istəyirsiniz, bu düzgün qərar olar. Nəticələr ürəkaçan olacaq.

 

Oxatan Bürcü (22 noyabr – 21 dekabr)

images

Həm sosial həm də sənət baxımından hərəkətli həftəyə başlayacaqsınız. Həm sosial həm də sənət ilə bağlı işlərinizdə yaxşı dostluqlar qura bilərsiniz. Əgər siz ətrafdan çəkinib, uzaqlaşmağı seçən insanlardansınızsa o zaman keçmişi xatırlayan hisslər və hüznlü günlər sizi qarşılayacaq. Mümkün qədər ətraf həyatla aranızda olan qapını örtməyin. Sağlamlıq baxımdan isə bu həftə hər şey yaxşı olacaq. İdman ilə məşğul olaraq bunu daha yaxşı səviyyəyə də gətirə bilərsiniz. Son zamanlar artıq çəki qəbul etmisinizsə təcili pəhrizə başlamalısınız.

 

Oğlaq Bürcü (22 dekabr – 21 yanvar)

capricorn-1000x1000-65

Oktyabr ayının başlanğıcı, işdə təcrübə qazanmaq, böyümək, arzu etdiyiniz nöqtəyə çatmaq və karyera ilə bağlı yüksəlişlər əldə etmək üçün əla vaxtdır. Ancaq iş həyatınızda bəzi insanlar ilə münaqişə yaşaya bilərsiniz. Sizə qarşı olacaq hadisələrə qarşı ağıllı davranmalı və səbr ilə mübarizə aparmalısınız. Səbri Oğlaqlar’dan daha yaxşı bacaran kim ola bilər ki? Münasibətlərinizdə də eyni şəkildə, gələcək hadisələri uzaq görərək yerində davranmalısınız. Hisslərinizə məğlub olmamalısınız və sevginin sizə nə bəxş edə biləcəyini gözləməlisiniz. Sağlamlığınız yerindədir ama ətrafınızdakı keçici kiçik xəstəliklərdən ehtiyatlı olun.

 

Dolça Bürcü (22 yanvar – 19 fevral)

aquarius-horoscope-2015

Yaşadığınız hazır ki duruma göz gəzdirəcək və sizin kimi fərqli baxışlı bir bürc sahibinin yaşadığı mövcud həyatın adi, maraqsız olduğunun fərqinə varacaqsınız. Sizi inkişaf etdirəcək, gücləndirə biləcək yeni qapılardan keçərək uzun yola doğru yönələcəksiniz. Başqa bir iş, yeni evə köçmək, ətrafınıza yeni insanlar qatma düşüncəsi sizi daim izləyəcək. Bir dolça kimi heç kəs xəyallarının ardınca bu şəkildə qorxusuz gedə bilməz, sözsüz. Ama yenə də çalışın hər şeyi düzgün hesablayasınız. Minimum risklər ilə yola çıxın. Həyatınıza yeni bir insan girə bilər. Bu insan həyatınızı dəyişdirəcək və daha rəngli edə biləcək. Fiziki sağlamlıq və daxili dinclik baxımından artıq yeni bir dövrə girirsiniz.

 

Balıqlar Bürcü (20 fevral – 20 mart)

pisces-horoscope-avgust-2016

Özünüzü şəxsi həyatınız ilə bağlı bəzi sorğu suallara tutacaqsınız. Həyatınızda bir insan varsa əgər, ortaq haqqlara sahib olmaq, qarşılıqlı nəzakət, sevgi əhatəsində olmaq kimi tələbləriniz yaranacaq. Göstərdiyiniz həssaslığı qarşı tərəfdən də gözləyəcəksiniz. Ancaq çalışın qəlbiniz çox yorulsa da kəskin olmayın. Əks halda sərt reaksiya ilə qarşılaşa bilərsiniz. İş həyatınızda isə təcrübə toplama və mariflənmə mərhələsindəsiniz. İşdə sahib olduğunuz yerə doğrudan da laiq olduğunuzu göstərmək üçün əməlli zəhmət sərf edəcəksiniz. Gücünüzü göstərməyə çalışacaqsınız. Bu davranışınız bəzi məqamlarda işə yarayacaq. Bədəniniz tam sağlamdır, kaş qəlbinizi də çox yormayasınız.