Kosmos

Günəş Sistemində möcüzə bir planet kəşf edildi

844views

Həyəcan verici yenilik: Günəş Sistemində möcüzə bir planet kəşf edildi.

Elm adamları, Günəş Sistemində Pluton-un xaricində olan yeni bir planet olduğuna dair güclü tapıntılar əldə ediblər.

Astronomical Journalda nəşr olunan araşdırma nəticələrinə görə; Elm adamları riyazi hesablamalar və kompüter simülasiyaların köməyi ilə yeni bir planet kəşf etdilər. Günəş Sisteminin kənar hissəsində yerləşən planet Dünyanın 10 qatı böyüklüyündədir.
Elm adamları hələ planetin orbitini bilavasitə müşahidə etməyiblər, ancaq Günəş Sistemindəki rolu və orbiti haqqında dərindən araşdırmalar davam edir. Mövzu ilə bağlı Konstantin Batygin, “50 il sonra ilk dəfə Günəş Sistemindəki planet sayının 8-dən çox ola biləcəyinə dair bir dəlil əldə etmişik” açqlamasını verib.
new-planet
Cazibə qüvvəsi çox şiddətli olan planetin ətrafındakı cırtdan planetlərə cazibə qüvvəsi ilə təsir etdiyi güman edilir. Yeni planetin Günəş ətrafında bir turunu tam 20 min ildə tamamladığı qeyd edilib.
Mike Braun verdiyi bəyanatda: “Antik dövrlərdən günümüzə Günəş Sistemində iki həqiqi planet kəşf edilib. 9-cu planet də bu mənada 3-cüsü olacaq” deyib.