Özbəkistan dövlətinin keçmiş Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova haqqında oğlu, BBC kanalına müsahibə verib.
Babasının adını daşıyan İslam Kərimov, Özbəkistan Dövlətinə səslənərək anasının harada olduğunu açıqlamalarını tələb edib. Kerimov, “Anamın həyatda olduğunu bütün dünyaya göstərin” deyib.
Qeyd edək ki, keçmiş prezident İslam Kərimov bu ilin 2 sentyabrında vəfat etmişdi. Qızı Kerimova isə, bir vaxtlar atasının davamçısı olaraq göstərilirdi. Ancaq ailə daxili problemlər səbəbindən Kerimova, 2014-cü ildə bir anda ictimaiyyətdən itdi.
Kerimova’nın Londonda yaşayan oğlu İslam Kərimov müsahibəsində, anasının uzun müddət, paytaxt Daşkənd’dəki malikanəsinin yanında, iki-üç otaqlı bir evdə saxlanıldığını söyləyib. Bunun anasının sağlamlığına mənfi təsir etdiyini vurğulayan Kərimov: “Əminəm ki, iki-üç il müddətində ev dustaqlığına məruz qalan hər bir insan, müəyyən bir tibbi yardıma ehtiyac duyar. Onu da qeyd edim ki, anam haqqında ruhi sağlamlığı ilə bağlı yayılmış şaiyələrin heç biri həqiqətə uyğun deyil” deyə söyləyib.
Anası ilə bağlı heç bir məlumat əldə edə bilmədiyini vurğulayan Kərimov, anasının ev dustağı olaraq saxlanılmasında ölkənin təhlükəsizlik xidməti, SNB’ni günahlandırdığını bildirir. Və rəsmi açıqlama verilmədən ölüm barədə danışmağın düzgün olmadığını söyləyir.
Anasıyla birbaşa əlaqəsi olmadığını ancaq Özbəkistanda olan bacısı İman’la danışdığını söyləyən Kərimov, babasının cənazəsinə də nə anasının, nə də özü və bacısının qatılmasına icazə verildiyini bildirib.
Qeyd edək ki, Özbəkistanda Prezident Seçkiləri 4 dekabr Bazar günü həyata keçiriləcək. Hal-hazırki dövlət başçısı Şövkət Mirziyoyev’in seçkiləri qazanacağı gözlənilir.