Cihazlar

Galaxy Note 7, təyyarələrdə qadağan olunur

847views

Federal Aviasiya heyəti, Samsungun son dövrlərdə batareyası partladığı üçün geri çağırılan Galaxy Note 7 modelini təyyarələrdə bir müddətə qadağan edir.

Ard arda gələn Galaxy Note 7-nin batareyalarının partladığına dair xəbərlərin ardından bazardakı Galaxy Note 7’lərin geri çağırma və yeniləriylə dəyişdirmə qərarı alan Samsunga bu əməliyyatların təxminən 1 milyard dollara başa gələcəyini öyrənmişdik. Bunların ardından Samsunga bir pis xəbər də ABŞ-ın Federal Aviasiya Qurulumundan gəldi.
Federal Aviasiya heyəti, ABŞ-dakı bütün hava yolu şirkətlərinin problemli bütün Galaxy Note 7’lərin geri çağrılması əməliyyatları tamamlanana qədər cihazın uçuşlarda qadağan edilməsi lazım olduğunu ifadə etdi.
Yəni öncə çağırılan Galaxy Note 7’lərin bir müddət ABŞ-da təyyarə içində ya da baqaj hissədə səfər edə bilməyəcək.