Kosmos

Marsda 2 milyard il əvvələ aid vulkanik fəaliyyət əlaməti

817views

Afrikada 2012-ci ildə kəşf edilən ‘Şimal-qərb Afrika 7635’ adlı göy daşını araşdıran elm adamları, Marsda ən azı 2 milyard il əvvələ aid vulkanik fəaliyyətlər olduğuna dair dəlillər əldə ediblər.

Nəticələri, Science Advances jurnalında dərc olunan layihədə, Hyuston Universitetindən tədqiqatçılar, Marsdan gəldiyi müəyyən olunan göy daşının araşdırılması nəticəsində, Qırmızı Planetin günəş sistemindəki ən uzun ömürlü vulkanlardan bəzilərinə ev sahibliyi etdiyinin təsdiqləndiyini bildiriblər.

Araşdırma qrupunun lideri Tom Lapen, tapıntıların, planetin necə yarandığına və Mars üzərindəki vulkanik fəaliyyətin mahiyyətinə dair ipucu verdiyini söyləyib.

Layihədə, Lapen və qrupu tərəfindən təhlil edilən meteoritin 2.4 milyard il əvvəl və günəş sistemindəki ən uzun ömürlü vulkanik mərkəzlərin birindən qopub gəldiyi irəli sürülmüşdür.

‘Şimal-qərb Afrika 7635’ göy daşının, Shergottite adı verilən bir növ vulkanik süxur növü olduğu müəyyən edilmişdi.