Galatasaray klubu Beşiktaş ilə Spor Toto Super Liqasındakı oyununun ölkənin ehtiyacı olduğu birlik və bərabərlik atmosferinə dəstək olduğunu bildirib.
Klubun rəsmi internet saytından verilən açıqlamada bildirilib ki, təxminən 5 il öncə məhz bu qarşılaşma ilə səfər qadağalarının tətbiqi başlamışdısa, dünənki oyunla da bitdiyini vurğulayan rəsmilər bunları əlavə edərək:
” Yaşanan problemlərin, fair-play qaydalarının pozulması ilə nəticələnən illər öncə olan derbilərdən sonra dünənki derbinin hər iki klubun köklü keçmişinə, azarkeşlərinə yaraşan şəkildə nəticələnməsi ölkəmizin ehtiyacı olduğu birlik və bərabərlik atmosferinə dəstək olduğuna görə şad olduq. Beşiktaş klubuna göstərdiyi qonaqpərvərliyə görə təşəkkürümüzü bildiririk və onları 2-ci dövrədə baş tutacaq oyunda TT Arenada eyni səmimiyyətlə, eyni hisslərlə qarşılamaq üçün hazırlaşacayıq.”
Futbolun bir həyat olduğu bir daha sübut olundu.