
755views
Cümə günü 90 yaşında vəfat edən köhnə Kuba Dövlət başçısı Fidel Castronun cəsədi xüsusi bir mərasimlə yandırılıb.
Castro üçün rəsmi cənazə mərasimi xarici qonaqların da iştirakı ilə dekabrın 4’ü Santiago şəhərində təşkil ediləcək. Castronun külləri Havanadan Santiago’ya aparılarkən digər şəhərlərdən də keçdikdən sonra Santa Ifigenia qəbiristanlığına gətirilərək burada defn olunacaq..
9 günlük matəm elan edilən Kubada bayraqlar yarıya endirilib, konsertlər və tədbirlər təxirə salınıb və spirtli içkinin satışı dayandırılıb.
2008-ci ildə səhətində olan problemlərə görə vəzifəsini qardaşı Raul Castroya təhvil verən Fidel Castro, sonuncu dəfə 13 avqustda, 90 yaşını qeyd etdiyi gün xalqının qarşısına çıxmışdı.
add a comment