Futbol

“Fatih Terim var ikən Arda’nın milli forma geyinməsi mümkünsüz görünür”

691views

İspaniya qəzetləri Arda Turan’ın milli yığmaya çağrılmamasını, Fatih Terim ilə aralarında olan soyuqluq səbəbində olduğunu bildirib.

Qəzetlər, Arda’nın Barcelona’da yaxşı mövsüm keçirməsini vurğulayaraq,  milli komandanın baş məşqçisi Fatih Terim ilə arasındakı problem səbəbindən yığmaya çağrılmadığını yazıb.

Marca qəzeti, “Arda Turan yaxşı bir mövsüm keçirməsinə baxmayaraq milli komandada heyətdən kənarda qalıb” başlığı ilə bu mövzuya fikrini bildirib.

El Mundo Deportivo qəzeti isə ” Belə görünür ki, Fatih Terim Milli Komanda’da olduğu müddətcə Arda Turan milli formanı geyinə bilməyəcək. Barcelona’lı futbolçunu ikinci dəfə heyətdən kənarda qoyan Terim,  yaxşı oynadığı mövsümdə Ardanı yenə də milli yiğmaya çağırmadı” deyə yazıb.