İnternetMobil

Facebook’da gözlənilən yenilik gəlir – Video

702views

Facebook yeni kamera xüsusiyyətlərini tanıdıb.

Yeni filtr və maskalar sizə tanış gələ bilər. Belə ki, Facebook, Snapchat xüsusiyyətləriylə yaxından maraqlanır kimi görünür. Qısa müddət əvvəl Snapchat‘ın hekayələr xüsusiyyətini test etməyə başladığını öyrəndiyimiz Facebook, keçdiyimiz gün yeni kamera xüsusiyyətlərini tanıdıb. Bu kamera xüsusiyyətləri də Snapchat‘dan ilhamlanılmış kimi görünür.
Birbaşa olaraq Facebook tərəfindən elan olunan “Yeni Kamera” adlı xüsusiyyət ilə birlikdə istifadəçilər irəlidə Snapchat‘da olduğu kimi filtrli və maskalı fotoşəkil və videolarını paylaşa biləcəklər.
https://www.youtube.com/watch?v=SnqzXaXnIDw

Test edilməyə başlanan bu xüsusiyyətin önümüzdəki həftələrdə bütün istifadəçilərə təqdim edilməsi gözlənilir. Facebook bu xüsusiyyət ilə birlikdə yeni hekayələr xüsusiyyətinin bir az daha önünü açmış olacaq.