Psixoloji məlumatlar

Eqzistensial nəzəriyyə

892views

Eqzistensial nəzəriyyə K. Jasper və F.Nietzschenin ortaq fikirlərinə əsasən insanın varoluluşuyla təbii əşyaların varlıq növü arasındakı əlaqəni özündə əks etdirən, iradəsi və şüuru olan insanın, iradə və şüuru olmayan əşyalar dünyasına atılmış olduğunu irəli sürən bir fəlsəfə cərəyanıdır. Fərdi azadlıq və məsuliyyət, varoluş nəzəriyyəsinin iki təməl predimentidir. Bu nəzəriyyənin əsas məqsədi “Dünyada insan olaraq var olmağın nə demək olduğunu” açıqlamaqdır.

Var olmağın “Mən” və ya öz-dən öncə gəldiyini irəli sürən varoluş nəzəriyyəsinin kökləri olduqca qədimə gedir. Varoluş nəzəriyyəsinin əsasında dayanan qədim düşüncələrdən biri də – insanın öz varlığını özünün yaratdığı düşüncəsidir. Eqzistenzial nəzəriyyəçilərə görə insanlardan başqa bütün varlıqların var oluşu onların var olduqları andan etibarən artıq gerçəkləşib, lakin insan isə öz var oluşunu özü gerçəkləşdirir. Məsələn – ağac öz-özünü yarada bilməz, lakin insan isə öz üzünü başdan-ayağa qədər yarada bilər. İnsan öz-özünü formalaşdırarkən tamamilə tənha və azaddır. Bu özünü yaratma müddəti seçimlərlə doludur. İnsan bu seçimlərlə qarşılaşdıqca, seçimlər onu yorar və bir müddət sonra aşırı məsuliyyətlə yükləyər.

human-sharkNəzəriyyəçilər “Varoluş nədir?” sualına fərqli cavablar vermişdirlər. Varoluş Mounier-ə görə ümidsizlik, Banfi-ə görə pessimistlik, Wahl-a görə başqaldırış, Marcel-ə görə azadlıq, Foulquie-ə görə isə cəfəngiyyat fəlsəfəsidir.

Varoluş nəzəriyyəsinin təməlini təşkil edən 2-ci əsas tərkib hissəsi Fenomenologiyadır. Bu həm də insanın dünya ilə olan əlaqəsinə dair sistematik bir açıqlama verən anlayışdır. Bu anlayış 20-ci əsrdə meydana gəlib və naməlumluq əsasında ortaya qoyulub. Daha dəqiq desək insan həyatına dair situasiyaların görünməyən tərəflərini araşdırır. Fenomenologiya sayəsində Varoluş nəzəriyyəsi həm də insanın kainatdakı yerini, var olmağın dəyişikliklərini və varlığın təsir-reaksiya funksiyasını öyrənir.

İkinci dünya müharibəsindən sonra J.Paul Sartrenin böyük əməyi nəticəsində getdikcə güclənən bu cərəyanda, Dekartın “Düşünürəm, deməli varam” fərziyyəsi artıq “Var olduğum üçün düşünürəm” fərziyyəsi ilə əvəz olundu. Artıq Varoluş nəzəriyyəsində insan azadlığını sərhədləyən heç bir əngəl qalmamışdır. Nəticə etibarı ilə müasir Varoluş nəzəriyyəsinə əsasən, insan öz dəyərlərini özü yarada bilər və öz gələciyini öz iradəsi daxilində istədiyi şəkildə özü qura bilər.