Futbol

EPL klublarının transfer xərcləri Almaniya və İtaliyadan artıq oldu

752views

Avropada transfer pəncərəsi rəsmən dünən gecə bağlanıb. Artıq bir sıra rəqəmlər də məlumdur.

Transfer bazarında lider ənənəvi olaraq İngiltərə klubları olub. Onlar ümumilikdə yeni futbolçulara 1,38 milyard avro xərcləyiblər.

A seriyasında transferlərə  699,9 milyon avro xərclənib. Son illərdə ilk dəfədir ki, italyanlar 2-ci olublar. Almaniya təmsilçilərinin futbolçu alışı  538 milyon avroluq olub. Primero klubları isə 463 milyon avro xərcləyiblər. Maraqlıdır ki, ingilislərin məsrəfi İtaliya və Almaniya klublarının birlikdə xərclədiyindən çox olub.

Elnur Cəfərov
idman xəbərləri yazarı