Kosmos

Elm adamları yeni qiyamət ssenarisini açıqlayıblar

658views

Elm adamlarından yeni qiyamət ssenarisi.

Günəş Sisteminin Günəşə bənzəyən L2 Puppis ulduzunun, ölmədən əvvəl yüzlərlə qat böyüyərək ətrafındakı planetləri yox etməsinə bənzər bir hadisə yaşayacağı iddia edilib.

‘Astronomy and Astrophysics’ jurnalında nümayiş olunan araşdırmaya görə, Belçikadakı Leuven Astronomiya İnstitutundan elm adamları, ən inkişaf etmiş teleskoplardan ALMA ilə etdikləri araşdırmada, Günəşə bənzəyən, kiçik bir kütləyə sahib L2 Puppis‘in beş milyard il əvvəl yüz qat böyüyərək qırmızı bir topa çevrildiyi və ətrafındakı planetləri yox etdiyini təsbit ediblər.

https://twitter.com/TapasDeCiencia/status/806815674156851201

Məlumatda, Günəşin yox olma müddəti təxminən 2 milyard il davam edəcəyini nəzərdə tutulduğu, Günəşin Merkuri və Veneranı udduqdan sonra cücə bir ulduza çevriləcəyini söylənilib.

Günəşdə meydana gələcək dəyişmənin Günəş Sistemində böyük təsir yaradacağını ifadə edərək, “Günəşimizin daha böyük və parlaq olacağını bilirik. Bu vəziyyət böyük ehtimalla yer üzündə bütün həyatı yox edəcək” deyilir. Elm adamları tərəfindən günəşin əkizi olaraq adlandırılan L2 Puppis, çevrilmə müddətində ətrafındakı planetlər üzərində yaratdığı təsirləri araşdırır.