CihazlarSağlamlıq

Elektron siqaretlər zərərlidir? | Araşdırma

Elektron siqaretler zererlidir?
716views

İngiltərədə aparılan bir araşdırmada, elektron siqaretlərin normal siqaret və tütün məhsullarına nisbətən daha etibarlı olduğu ortaya çıxıb.

Aparılan araşdırmalar nəticəsində, əsl siqaretdən elektron siqaretə keçənlərin bədənlərində, altı ay sonra daha az xərçəngə yol açan maddəyə rast gəlinib.

Araşdırmaları icra edən qrupun rəhbəri Lion Shahab, “Araşdırma zamanı elektron siqaretlər vasitəsilə bədənə girən zəhərli kimyəvi maddələrin, bizdən əvvəl aparılan araşdırmalarda göstərilən miqdardan daha az olduğunu göstərdik. Bu da, elektron siqaretlərin təhlükəsizliyi mövzusundakı şübhələrin yanlış olduğunu göstərir” deyə bildirib.

Shahab eyniz zamanda, “Nəticələr elektron siqaretlərin daha etibarlı olmaları ilə bərabər, verdikləri nikotin miqdarının normal siqaretlərdən çox da fərqli olmadığını göstərdi. Beləcə insanlar siqaretə olan güclü istəklərinə qarşı, daha etibarlı mübarizə apararaq normal siqaretdən tamamilə xilas ola bilərlər” deyə əlavə edib.

İngiltərə Xərçəng Xəstəlikləri Araşdırmaları Fondunun xərclərini qarşıladığı araşdırma, normal siqaret çəkənlər və son altı aydır elektron siqaret istifadə edənlərdən ibarət 18 nəfər şəxsin üzərində aparılıb. Yaradaılan digər bir qrup isə, həm normal siqaret həm də elektron siqaret çəkməyə davam edib.

Və ümumi nəticədə, digər iki qrupla müqaiysədə elektron siqaret çəkənlərdə ağciyər xərçəngiylə əlaqələndirilən NNAL adlı zəhərli maddə 97 % az müşahidə olunub.