Avtomobil

Dünyanın ən çox satan avtomobil şirkəti məlum olub

Volkswagen 2016
812views

Almaniyanın avtomobil şirkəti Volkswagen, rəqibi Toyotanı keçərək ilk dəfə dünyanın ən çox avtomobil satan şirkəti olub.

Son dörd ildir ən çox satılan avtomobil markası olan Toyota, 2016-cı ildə dünya səviyyəsində 10 milyon 175 min ədəd avtomobil satıb. Volkswagen isə 2016-cı ildə 10 milyon 310 min ədəd avtomobil satdığını açıqlayıb.

Audi, Porche və Skoda markalarının da istehsalçısı olan Volkswagen, Çindəki tələbat sayəsində satışlarını 3,8 % artıra bilib.

Şirkət, bir çox bazarlarda da üstünlüyü ələ keçirməyi bacarıb. Volkswagenin Golf modeli İsveçdə ən məşhur avtomobil olub və 50 ildən sonra ilk dəfə Volvo, ölkənin ən çox satan markası ola bilməyib.

General Motors, keçən ilin satış rəqəmlərini qarşıdakı həftələrdə açıqlayacaq. Lakin açıqlanacaq rəqəmlərin Volkswagen və Toyotadan geridə qalacağı gözlənilir.

Xatırladaq ki, General Motors, 2015-ci ildə dünyanın ən böyük üçüncü avtomobil şirkəti idi. Yaponiyanın şimal-şərqindəki böyük zəlzələ və sunaminin Toyotanın istehsalına təsiri səbəbindən, General Motors 2011-ci ildə bir nömrəli şirkət ünvanını əldə etmişdi.