Gündəm

Dünya Sağlamlıq Təşkilatı ; Ölümcül Zika virusu yayılmaqdadır.

714views

Cənubi-qərbi Asiya ölkələrindən Sinqapur’da ölümcül Zika virusu yayılmaqdadır.

Nüfuzu 5 milyon olan ada ölkəsində, virusun yayılmasına səbəb kimi göstərilən ağcaqanadlara qarşı sıx mübarizəyə başlanılıb. Ölkədə 155 nəfərdə Zika virusuna yoluxma hadisəsi qeydə alınıb.

Dünya Sağlamlıq Təşkilatı (WHO), açıqlama verərək virusun genişləndiyini bildirib.İnsanları diqqətli olmağa çağıran təşkilat; “Mövcud durum dünyada insanların sağlığı üçün ciddi təhlükə yaradır. Virus zaman ötdükcə daha geniş coğrafiyaya yayılmaqdadır” deyə bildirib.

Artıq ABŞ-ın Florida ştatında da ağcaqanadlar üzərində aparılan araşdırmada Zika virusuna rast gəlinib.

Qeyd edək ki,virus keçən il də olduqca yayılmış və Brazilyada daha cox kütləni əhatə etmişdi. Virusun hamilə qadınlarda, uşaq üçün mikrosefaliya’ya (anormal beyin inkişafına) səbəb olduğu açıqlanmışdı.