Asteroidin Yer planeti ilə toqquşması nəticəsində hər şeyin yox ola biləcəyi ilə bağlı fikirləri bir çoxlarımız eşitmişik. Belə bir toqquşmanın təsiri ilə yer üzərində olan canlıların məhv olması və yalnız yer altında yaşayan çanlıların xilas olması gözlənilir.
Asteroidlər əsasən Mars və Yupiter planetləri arasında olan göy cisimləri olaraq bilinməkdədir. Onlar günəş sisteminin yaranmasından geriyə qalan maddələrdir.
Dünyaya yaxın görsənən asteroidlər fərqli orbitlər üzrə hərəkət edirlər. Bu səbəbdən də bəziləri böyük təhlükə hesab olunur.
Əgər dünya ilə atseroid toqquşması baş verərsə 65 milyon il əvvəl dinozavrlarda olduğu kimi insanların da bu hadisədən sağ çıxmaq şansı yoxdur.
Məhs bu səbəbdən ABŞ’ın Milli Aeronavtika və Kosmos İdarəsi NASA, dünya ətrafında təhlükəli görsənən göy cisimlərinin yerə toqquşmasının qarşısını ala biləcək layihələr üzərində işləyir.
Layihə məsləhətçilərindən Humberto Campins, dünya ilə toqquşma ehtimalı ən yüksək olan asteroidin ‘2008 EZ5’ olduğunu söyləyir. 2008-ci ildə kəşf edilən bu asteroidin eni 230, uzunluğu isə 710 metrdir. Əgər dünya ilə toqquşarsa Hiroşimaya atılan atom bombasından bir milyon qat daha güclü bir partlayış təsiri verəcəyi gözlənilir.
NASA, belə bir təhlükənin qarşısını almaq üçün sözü güdən asteroidi Ayın orbitinə salmağa çalışır.
NASA, Kosmosda böyük bir qaya parçası tapıb onu dünyaya yaxın bir yerdə orbitə oturtmağı planlaşdırır.
İlk olaraq asteroidə doğru bir kosmik cihaz göndəriləcək. Üç ayağı olan bu cihaz qayanın üzərinə oturduqdan sonra iki müxaniki qolu ilə onu tutub daşıyacaq.
Beləcə ‘Cazibə traktor’ adı verilən bu texniki üsul ilə asteroid cihazın daşıdığı qayaya doğru hərəkət etməyə başlayacaq. Və bu şəkildə yerə təhlükəli olmayan istqamətə aparılacaq. Və ardından Aya çatması üçün 8o milyon km yol qət edəcək. Kosmos boşluğunda sürtünmə olmadığı üçün bu kütləni günəş enerjisiylə xenon qazını sürətləndirmə yolu ilə asanca itələmək mümkün olacaq.
Bu texniki üsul ilə, Marsa astronavt göndərmə planlarında da istifadə olunacaq.
Ancaq asteroidlərin Yerə bu qədər yaxın hərəkət etməsinin bəzi üstünlükləri də var.
Keçən il 2,4 milyon km məsafə ilə dünya ətrafından keçən bir asteroidin 5 trilyon dollar dəyərində platin yüklü olduğu təsbit edilmişdi.
Özəl şirkətlər bu səbəbdən asteroidlərdən yararlanmaq barədə düşünsə də NASA başqa fikirdədir.
Belə ki, asteroidlərin bəziləri su ilə qarışıq olan karbondan meydana gəlir. Və NASA başqa planetlərdə su əldə etmək üçün belə asteroidlərin işə yaraya biləcəyini düşünür.